Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşayan ölünün gecəsi (film, 1968)

Yaşayan ölünün gecəsi (ing. Night of the Living Dead) — Corc A. Romero tərəfindən idarə olunan 1968-cı ildə ABŞ istehsalı olan kult filmlərindən biridir. Filmdə baş qəhrəmanlar Ben (Dueyn Cons) və Barbara (Cudit O'Di) ilə birlikdə yeddi adamın sirrli bir şəkildə həyata dönən zombilərdən xilas olmaq üçün Pensilvaniyanın çöl seqmentindəki bir ferma evinə sığınmaları və burada həyatda qalmaq üçün mübarizə aparmalarından danışılır.[1][2]

Romeronun 114.000 dollarlıq büdcə ilə tamamladığı film sonrakı illər boyunca bir neçə dəfə televiziyada göstərildikdən sonra ABŞ-da 12 milyon dollar, digər ölkələrdə isə 30 milyon dollar hasilat əldə etmişdi. 2008-ci ildə isə filmin hasilatı $689 716 923 milyona çatmışdır. Film 1968-ci ildə ilk dəfə nümayiş etdirilən zaman şiddət səhnələrinin açıqlığı səbəbiylə film kəskin şəkildə tənqid olunmuşdu. Ancaq "ABŞ Konqres Kitabxanası" filmi 1999-cu ildə "mədəni, tarixi və ya estetik baxımdan əhəmiyyətli" olduğu səbəbiylə "Milli Film Arxivi"nə daxil etmişdi.[3] Film ilk dəfə 2005-ci ildə artıq ağ-qara filmi kimi yox, rəngli film kimi nümayiş olunmuşdur. Filmin gəliri 2009-cu ildə isə $256,147,434 milyon dollara çatmışdır.[4]

"Vyetnam müharibəsi" dövründə nümayişə girən "Yaşayan ölünün gecəsi" filmi 1960-cı illərin sonunda ABŞ cəmiyyətinə yönəltdiyi bilavasitə tənqidlər səbəbiylə cığır açan bir film olaraq qiymətləndirildi. Bir tarixçiyə görə film "xeyli çox istiqamətdən dağıdıcı idi". İlk zombi filmi olmasa da, "Yaşayan ölünün gecəsi" filmi zombi fəlakətinin ilk nümunələrindən biri idi. Romeronun rejissorluq etdiyi bu film "Yaşayan ölülər" ardıcıllığının ilk seriyası idi. Filmin ilk təkrar çəkilişini Tom Tezis 1990-cu ildə eyni adla reallaşdırdı. İkinci təkrar çəkiliş isə 2006-cı ildə "Yaşayan ölünün gecəsi 3D" filmi adı altında baş tutmuşdur.[5][6][7] Filmin bir çox remeyki mövcuddur.[8][9] [10][11][12][13]Mündəricat
1 Məzmun
2 Rollarda
3 Maraqlı faktlar
4 Heyət
5 Filmin hazırlanması
6 Çəkiliş
7 Filmin rejissoru
8 Studiya
9 Müzakirələr
10 Şərhlər
11 Saundtrek və səs effektləri
12 Nümayişlər
13 Digər dillərdə
14 Ölkələrdə çıxış tarixi
15 Ədəbiyyat
16 İstinadlar
17 Xarici keçidlər


Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Zombilər

Barbara (Cudit O'Di) və qardaşı Conni (Rassell Ştayner) atalarının məzarına çiçəkli xaç qoymaq üçün Pensilvanya çölündəki bir qəbiristanlığa gəlirlər. Burada Conni qəbiristanlıqlardan qorxan bacısına "Səni götürməyə gəlirlər Barbara!" deyərək onunla zarafat edir. Birdən solğun üzlü bir adam (S. Uilyam Hinzman) Barbaranı tutur. Onu qurtarmaq üçün adamla mübarizə edən Conni yerə düşür və başı bir məzar daşına çırpılaraq ölür. Conninin avtomobilinə sığınan Barbara açarı olmadığı üçün avtomobili işlədə bilmir və aşağıya hərəkət etdirdiyi avtomobillə bir ağaca çarpılır. Barbara avtomobili tərk edib yaxındakı ferma evinə qaçır. Bu sırada Barbara qəbiristanlıqda ona hücum edən insanın simasına bənzər başqa bədheybətlər də ətrafda olduğunu hiss edir. Barbara fermadakı evə girən zaman üst qatda qorxunc şəkildə parçalanmış bir cəsədə rast gəlir.

Evdən qaçmağa çalışan Barbara "Pikap" avtomobiliylə evə gəlmiş Benlə (Dueyn Cons) qarşılaşır. Ben ətrafdakı təcavüzkarlara qarşı hücum edir. Onlardan birini öldürdükdən sonra atəş açaraq digərlərini qaçırmağı bacarır. Zombilər təkrar evə girdikləri zaman Barbara katatonik şəkildə oturarkən, Ben qapılara və pəncərələrə taxtalar taxır. Bir kürsünü çölə çıxarıb atəşə verərək zombiləri uzaq tutmağa çalışır. Ben vdə radio ilə tüfəng tapır. Bu sırada gənc Harri (Karl Hardman) və Helen Kuper (Merilin İstman), qızları Karen (Kira Şon) və gənc bir cüt olan Tom (Keyt Ueyn) ilə Cudinin (Cudit Ridli) saxlanmaqda olduğunu bilməməkdədir. Zombilərdən biri daha əvvəl Kareni dişləmişdir və kiçik qız bu səbəblə xəstələnmişdir. Bu qrupun Ben və Barbara ilə qarşılaşmasının ardından Harri hamı ilə birlikdə geri dönüb qapının önündəki zirzəmidə qərargah qurmağa təklif edir. Ben isə bu vəziyyətdə özlərini tələyə salmış olacaqlarını söyləyir. Son nəticədə isə onlar evin içində qalmağı seçirlər.

Radiodakı xəbərlərdə ölkənin şərq sahili boyunca bir toplu qırğın dalğasının yayılmaqda olduğu bildirilir. Benin daha sonra otaqda tapdığı televiziyada isə təcili vəziyyət nəşri edilməkdə və varlıqların qurbanlarını yedikləri izah edilməkdədir. Daha sonrakı bir nəşrdə cinayətlərin yaxın zamanda ölərək həyata geri dönən bədheybətlər tərəfindən işləndiyi deyilir. Mütəxəssislər, elm adamları və ordu səlahiyyətliləri bu ölülərin həyata geri döndüyü səbəbini açıqlaya bilməməkdədir, ancaq bir elm adamı bu vəziyyətin, Dünyanın atmosferində partlayan bir Venera kosmik aparatının yaydığı radiasiyadan qaynaqlandığı fikrini qarşıya qoyur. Son xəbərlərdə isə varlıqların başından vurulmasıyla dayandırıla bildiyi və şeriflərə bağlı silahlı birliklərin nizamını təmin etmək üçün çöl sahədə patrul keşiyi çəkdikləri açıqlanır.

Ben içəridəki bütün kişilərin vəzifəyə götürəcəyi bir plan ilə avtomobilinə çatıb evdən qaçmağ planını hazırlayır. Avtomobilin yanacağı bitmiş olduğundan Ben ilə Tom çöldəki bir benzin doldurma məntəqəsinə gedir. Tom üçün narahatlıqlanan Cudi də onların arxasınca gedir. Benzin doldurma məntəqəsinə çatdıqlarında Ben zombiləri uzaqda tutmaq üçün avtomobilin yanına bir məşəl buraxır, ancaq Tom məşəlin üzərinə səhvən benzin töküncə, avtomobil yanmağa başlayır. Tom ziyanın böyüməsini önləmək üçün avtomobili nasoslardan uzaq bir yerə sürər, ancaq avtomobilini tərk edəcəkləri sırada Cudinin sıxışdığını içəridə fərq edir. Tomo onu qurtarmaq üçün geri döndüyündə avtomobil partlayır və hər ikisi də ölür. Ben qaçaraq evə döndüyündə Harrinin qapının kilidləmiş olduğunu görür. Qapını qıraraq içəri girir və Harriyə hücum edir.

Çöldə bəzi yaşayan ölülər avtomobilə dırmaşıb Tom və Cudinin kömürləşmiş cəsədlərini yeməyə başlayırlar. Digərləri isə qapıları və pəncərələri qıraraq evə girməyə çalışır. Ben zombiləri çöldə tutmağı bacarar, ancaq bu zaman tüfəngi yerə düşür. Harri silahı qapıb Benə istiqamətləndirər, ancaq bu zaman Ben silahı cəld geri götürür və Harrini vurur. Aşağı diyirlənən Harri ölür. Qısa müddət sonra Helen, qızı Karenin yaşayan ölü halına gəldiyini və atasının cəsədini yeməyə başladığını görür. Karen bir mismarı anasına dəfələrlə batıraraq onu öldürdükdən sonra təkrar yuxarı çıxır. Bu sırada yaşayan ölülər evə girməyi bacarır və Barbara qardaşı Conninin də aralarında olduğunu görür. Barbaranı hədəfləri altında saxlayan zombilər qadını götürüb aparar. Barbaranın həyatda qalıb-qalmadığı naməlumdur. Ben Harrinin ən başda təklif etdiyi şeyi edərək zirzəmiyə gedir və qapını bağlayır. Ben burada canlanmış olan Harri və Helen görərək onların başlarına atəş açır. Onlar məhv olduqdan sonra Ben zombilərin getməsi ümidiylə səhərə qədər gözləyir.

Səhər sağ qalan bir neçə zombini vuraraq irəliləyən bir patrul qrupu evə yaxınlaşır. Çöldəki atəş səsini və itin səsini eşidən Ben zirzəmidən çıxıb otağa geri dönür və ətrafın etibarlı olub-olmadığını anlamaq üçün şüşədən çölə baxır. Silahlı adamlardan biri pəncərədən kiminsə baxdığını görür. Həmin adam zombi saydığı Beni Şerifin göstərişi ilə başına vuraraq öldürür. Şerif köməkçisinə vurduğu atəşə görə təşəkkür edir. Filmin bağlanış yazıları axmağa başlarkən Benin cəsədi evin xaricinə daşınır və digər zombilərin cəsədləriylə birlikdə atəşə verilir.


Tarix: 18.02.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 387 Bölmə: Filimler
loading...