Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təlatüm (film, 2006)

Məzmun
Filmdə hadisələr 1993-cü ildə baş verir. Telefilm orijinal formada başlayır. Törətdikləri cinayət əməllərinə görə məhkəmənin hökmü ilə cəza çəkənlər dövlət başçısının verdiyi ilk əfv fərmanından sevinirlər. İkinci dəfə həbsxana taleyi yaşayan Kamil Şabanov (Əjdər Həmidov) deyir: "Heç inana bilmirəm ki, bu gün azadlığa çıxıram... Doğrudan da, bağışlamaq qəlbin böyüklüyüdür". Məhbus-aktyorun tərəf-müqabili isə onun sevincini kədərə çevirmək istəyir: "Çıxıb neyləyəcəksən, onsuz da tezliklə yanımıza qayıdacaqsan. Bura artıq sənin doğma evindir". Lakin Kamil həvəsdən düşmür. O, həbsxananın dəmir qapısından çıxanda sanki işıqlı dünyanı təzəcə görür. İllər boyu intizar çəkən ana (Şəfiqə Qasımova) balasını köksünə sıxır, onun üzünə, saçlarına sığal çəkir. Təəssüf ki, müəyyən müddətdən sonra Kamilin yenidən müttəhimlər kürsüsündə dayanmaq təhlükəsi yaranır.
Kamil azadlığa çıxsa da, dövrün qeyri-qanuni hadisələri onun ətrafında cərəyan edir. Çox çəkmir ki, o, əvvəlcədən planlaşdırılmış "tələ"yə düşür. Baş verən ölüm hadisəsinə səbəbkar qüvvələr isə müvəqqəti olsa da kənarda qalır, əməllərini ört-basdır etməyə cəhd göstərirlər. Belə çətin ərəfədə haqqın təsdiqini sübuta yetirmək üçün Bakıdan hakim İlyas Şahdağlı (Nurəddin Mehdixanlı) məhkəmə prosesini aparmağa gəlir. Cinayətkarlar onu yolda saxlayırlar. Lakin o öz qürurundan, əqidəsindən, saf düşüncəsindən dönmür. Rayon prokuroru Səməd Məmmədli (Rəfael Dadaşov), milis rəisinin müavini Emin Yusifli (Ramiz Məmmədov) qatillərlə əlbir olduqlarından əsil həqiqətin aşkarlanmasına imkan vermirlər. Hakimin isə mövqeyi qətidir.
Telefilmdə hadisələr tədricən kuliminasiya zirvəsinə yüksəlir. 82 yaşlı qadının qız övladı qatillərə istiqamət verir ki, anasını öldürsünlər. Tədricən cinayətin üstü açılır. Hakimin qəti mövqeyi hadisələrin inkişafına marağı daha da artırır. Rejissorun verdiyi ikili kadr dəyişikliyində ekranda olmuş əhvalatın həqiqi təsvirləri görünür. Pakizə nənəni (Səmayə Musayeva) qətlə yetirənlərin kimliyi aydınlaşır.
Məhkəmə prosesi başlayır. Hakim haqqı nahaqdan seçməyə, kimin təqsirkar olduğunu aydınlaşdırmağa çalışır. Qəddarlıqla qətlə yetirilən Pakizə nənənin qızı, cinayətin əsas iştirakçısı Nəcibə (Mehriban Xanlarova) əsl qatilə (Müdhət Aydın) müraciətlə deyir: "Siz nə danışırsız? Mən öldürmüşəm anamı? Yox, möhtərəm hakim (huşunu itirib yıxılır)..." Nəticədə bir çox mətləblər açıqlanmır. Bəzi məqamlar üstüörtülü qalır...
Peşəkar rejissor Məhərrəm Bədirzadənin "Təlatüm" televiziya filmi 15-16 il əvvəlki hadisələrin təsviri kimi yaddaşlarda qalır. Bəzi qüsurlarına, xüsusən tələsiklikdən irəli gələn lüzumsuz dialoqlara, deyimlərə, müraciətlərə baxmayaraq lent əsəri maraqla qarşılanır.

Film haqqında
Film eyniadlı kriminal roman əsasında çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin Müəllifi : Ənvər Seyidov
Baş Məsləhətçi : Sabir Hüseynov (baş ədliyyə müşaviri)
Quruluşçu rejissor : Məhərrəm Bədirzadə
Quruluşçu operator : İzzət Əzizov
Rəssam : Rəfael Əlizadə
Montaj : Nasir Salamov, Tərlan Ələkbərzadə
Səs rejissoru : Firudin Bağıroğlu
Musiqi Tərtibatı : Firudin Bağıroğlu
Rejissorlar : Elşən Heydərov, Əli Hüseynov
Operator : Mahmud Əhmədov
İşıq üzrə Rəssam : Mahmud Əhmədov
Qrim üzrə Rəssam : Zemfira Cəfərova
Rejissor Assistentləri : Firdovsi Cəbrayılov, Səməd Səfərov
Redaktor : Sadıq Elcanlı
Direktorlar : Faiq Abbasov, Mirzə Əliyev
Musiqilərindən İstifadə edilən Bəstəkar : Rauf Əliyev ("Qara Volqa") (titrlərdə yoxdur)
İfasından İstifadə edilən Müğənni : Rəşid Behbudov ("Ana mahnısı") (titrlərdə yoxdur)
Səsindən İstifadə edilən Şəxslər : Murtuz Ələsgərov, Heydər Əliyev (titrlərdə yoxdur)

Rollarda
Nurəddin Mehdixanlı-Hakim
Rəfael Dadaşov-Prokuror
Ramiz Məmmədov-Rəis müavini
Əjdər Həmidov-Kamil Şabanov
Mehriban Xanlarova-Nəcibə
Müdhət Aydın-Həmid
Mətləb Abdullayev-Vəli
Sərdar Rüstəmov-Ağahüseyn
Aydın Əzizov-Teymur
Rafiq Əzimov-Axund Məhəmməd
Telman Əliyev-Axund Ələsgər
Rafiq Hüseynov-Mürsəl kişi
Səmayə Musayeva-Pakizə
Şəfiqə Qasımova-Kamilin anası
Zakir Məmmədov-Ata
Mehman Piriyev-Ruslan
Firdovsi Cəbrayılov-Katib
Səməd Səfərov-Rayon hakimi
Əlvida Cəfərov-Vəkil
Aydın Quliyev-Çayçı
Gülçöhrə Abdullayeva-Qızılgül
Sənan Əlibəyov-Alı
Arzu Hüseynov-Ağagül
Nağı Qocayev-Birinci məhbus
Ədhəm Əliyev-İkinci məhbus
Əlvan Abdullayev-Üçüncü məhbus
Mübariz İbrahimov
Yavər Seyidov
Vaqif Rəhimov
Əli Hüseynov
Ədalət Musayev
Turqay Manafov
Tahirə Ağakişiyeva
Aydın Aydınov

Çəkilişə kömək edənlər
Əmir Bayramov (Bakı Şəhər Hərbi Məhkəməsinin sədri)
Vidadi Bayramov (Oğuz Rayon Daxili İşlər Şöbəsinin rəisi)
Xalid Qasımov (1 Saylı Tam Müəssisə Müəssisəsinin baş direktoru)


Tarix: 16.02.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 546 Bölmə: Filimler
loading...