Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pəri-Qala (film, 2007)

Məzmun
Filmdə hadisələr müasir şəhərdən, sivilizasiyadan uzaq, real və irreal aləmin qovuşduğu ucqar bir məkanda baş verir. Orada mistika və gerçəklik o qədər bir-birinə qarışıb ki, hər cür möcüzə gözləniləndir. Oranın insanları öz yazılmamış qanunları ilə yaşayırlar. Onları pozanlara verilən cəzalar da tamamilə fərqlidir.

Film haqqında
Filmdə Azərbaycan kinosu tarixində ilk dəfə olaraq birbaşa səsyazma avadanlığından istifadə olunmuşdur.
Filmin layihəsi Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran" müsabiqəsinin 5 qalibindən biri olub (2007).
Filmdə Yuxarı Çardaxlar kəndinin sakinləri də çəkilmişlər.
Filmin televiziyada ilk nümayişi 12 aprel 2008-ci ildə SKY CHANNEL 195 ilə gerçəkləşib. Qeyd edək ki, SKY CHANNEL 195 televiziya kanalı gənc istedadların yeni filmlərinin nümayişi üzrə ixtisaslaşıb.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : İradə Səyya
Quruluşçu rejissor : İlqar Safat, Mikayıl Mikayılov (II)
Səs rejissoru : Teymur Kərimov

Rollarda
Ruslan İsmayılov - Abu
Sona Mikayılova(Sonaxanım Mikayılova kimi)
İdris Rüstəmov
Vüsalə Ağamalıyeva


Tarix: 16.02.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 121 Bölmə: Filimler
loading...