Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ömrün ilk saatı (film, 1973)

Məzmun
Kinopovest Azərbaycan neftçilərinin fəhlə sülaləsinin üç nəsli haqqındadır. Onlardan hər birinin öz məqsədi və idealı vardır. Lakin ümumilikdə bu adamlar əmək və həyat ənənələrinə sədaqətlərini qoruyub saxlamışlar.
Filmdəki hadisələr 20-ci illərdə, müharibədən sonrakı dövrdə və bizim günlərdə cərəyan edir və hər dövr qəhrəmanlar qarşısında yeni-yeni vəzifələr qoyur. Film tanınmış neft ustası Mehdiyevin mənzilində yeni uşağın doğulması ilə qurtarır. Bu uşaq böyüyəndən sonra necə adam olacaq? Dünyaya təzəcə gəlmiş bu körpənin arxasında böyük bir sülalənin 3 nəsli durur. Deməli cavab məlumdur.

Festivallar və mükafatlar
1)1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı
Fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə rejissor Arif Babayevə həvəsləndirici Diplom verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Ramiz Fətəliyev
Quruluşçu rejissor : Arif Babayev
Quruluşçu operator : Rasim Ocaqov
Quruluşçu rəssam : Fikrət Bağırov
Bəstəkar : Fərəc Qarayev
Səs operatoru : Əziz Şeyxov
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev

Rollarda
Həsənağa Turabov-Mehdi
Şahmar Ələkbərov-Yusif
Sergey Kurilov-Mereşkovski
Tofiq Mirzəyev-Əsəd
Rafiq Əzimov-Sadıq
Leyla Şıxlinskaya-Azərin sevgilisi
Q. Plases-Villisoviç
Sadıq Hüseynov-Milis rəisi
Rasim Balayev-Azər
Muxtar Maniyev-Bolşevik
Ramiz Məlikov
Nicat Bəkirzadə-Qonşu
Ələsgər İbrahimov-Bolşevik
Əbdül Mahmudov-Fotoqraf
Dadaş Kazımov-Sərxoş
Gümrah Rəhimov
Bahadur Əliyev-Qonşu
Kamil Məhərrəmov-Milis işçisi

Filmi səsləndirənlər
Əliabbas Qədirov-Bolşevik (Ələsgər İbrahimov) (titrlərdə yoxdur)
Süleyman Ələsgərov (II) (titrlərdə yoxdur)
Yusif Vəliyev-Aleksandr Pavloviç (titrlərdə yoxdur)
Elxan Ağahüseynoğlu-Aşot (titrlərdə yoxdur)
Səməndər Rzayev-Agent (titrlərdə yoxdur)
Həsən Əbluc-Əsəd (Tofiq Mirzəyev) (titrlərdə yoxdur)
Sadıq Hüseynov-Sadıq (Rafiq Əzimov) (titrlərdə yoxdur)
Hüseynağa Sadıqov-Abbasov (titrlərdə yoxdur)
Həsən Məmmədov-Milis rəisi (Sadıq Hüseynov) (titrlərdə yoxdur)


Tarix: 16.02.2013 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 248 Bölmə: Filimler
loading...