Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölsəm... bağışla (film, 1989)

Məzmun
Film məhəbbət və ölüm haqqındadır. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını sərtləşdirir. Amma o, xasiyyətcə mülayim adamdır. Yusif(Fəxrəddin Manafov) müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız(Gülzar Qurbanova) onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı?
Filmin sonunda qəhrəman ölür. Lakin onun qəlbi hər cür natəmiz fikirlərdən təmizlənir. Axı, o, ölümündən bir qədər əvvəl sevilib sevirdi...

Festivallar və mükafatlar
1)1991-ci ildə Bakıda Azərbaycan filmlərinin I festival-müsabiqəsi
Kinolent ən yaxşı bədii filmə görə Mükafat və Priz almışdır.
2)1992-ci ildə Çimkənddə (Türkmənistan) Qazaxıstan, Orta Asiya və Azərbaycan kino aktyorlarının I regional "İpək Yolu" kinofestivalı
Ən yaxşı qadın rolunun ifasına görə aktrisa Gülzar Qurbanovaya və baş mükafat-festivalın Qran-pri Mükafatı verilmişdir
Ən yaxşı kişi rolunun ifasına görə aktyor Fəxrəddin Manafova baş mükafat-festivalın Qran-pri mükafatı verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor : Rasim Ocaqov
Quruluşçu operator : Rafiq Qəmbərov
Quruluşçu rəssam : Rafiz İsmayılov
Bəstəkar : Emin Sabitoğlu
Səs operatoru : Akif Nuriyev
Rejissor : Ramiz Əliyev
Qrim rəssamı : Elbrus Vahidov
Geyim rəssamı : Y. Kirşner
Operator : Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi)
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
Montaj edən : Nataliya Albitskaya, Lyudmila Lotina
Rejissor assistenti : Mirzəbala Məlikov, N. Cəlilov, Rafiq Orucov
Operator assistenti : Aydın Mustafayev, Nadir Mehdiyev, V. Romanov
Rəssam assistenti : R. Abdullayev
İşıq Ustası : N. Daşdəmirov
İnzibatçı : M. İsmayılov, Arif Kərimov, İlqar Əliyev
Rejissor-Stajçı : Ramiz Əzizbəyli, Nizami Musayev
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri
Dirijor : Konstantin Krimets
Redaktor : A. Süleymanova
Filmin direktoru : Davud Zöhrabov
Kadrarxası mətn : Rasim Balayev (titrlərdə yoxdur)

Rollarda
Fəxrəddin Manafov- Yusif
Gülzar Qurbanova- Gülya
Sədayə Mustafayeva- Yusifin anası
Muxtar Maniyev- Seyidrza
Nizami Musayev- Cavad
Ağasəf Sadıqbəyov- Eldar
Ülkər Quliyeva- Naza
Viktor Dəmirtaş- Edik
Andrey Proxorov- Viktor
Rəsmi Cəbrayılov- Həkim
Andrey Yurenev- Müstəntiq
Qalina Kuznetsova- Ev sahibəsi
Mariya Stepanova- Marusya xala
R. Məmmədov-Duquş
Yelena Kostina- Zina
Həsən Məmmədov- Firuz
Hacı İsmayılov- Qulam
Aliyə Musayeva- Zulya
Zülfüqar Baratzadə- Baladadaş
K. Qotiç-Qızıldiş
Niyazi Əhmədov-Səlim
Tofiq İsmayılov-Müdir
Nuriyyə Əhmədova-Səltənət
L. Lerman
Vəliəhd Vəliyev-Avara
R. Həsənzadə
Y. Semyonov
Kamil Məhərrəmov-Tapança satan
Boka-Restoran müğənnisi

Filmi səsləndirənlər
Yaşar Nuri-Müdir (Tofiq İsmayılov) (titrlərdə yoxdur)
Eldəniz Rəsulov-Eldar (Ağasəf Sadıqbəyov) (titrlərdə yoxdur)
Həsən Əbluc-Həkim (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur)
Zərnigar Ağakişiyeva-Yusifin anası (Sədayə Mustafayeva) (titrlərdə yoxdur)
Nəcibə Hüseynova-Gülya (Gülzar Qurbanova) (titrlərdə yoxdur)
Həmidə Ömərova-Zulya (Aliyə Musayeva) (titrlərdə yoxdur)


Tarix: 16.02.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 361 Bölmə: Filimler
loading...