Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məkanın melodiyası (film, 2004)

Məzmun
80 yaşlı violençelist - Murad(Ələddin Abbasov) özünün ad günündə, ömrünün boş və hədər keçdiyini hiss edib sarsılır. Gəncliyindən bəri ürəyində gəzdirdiyi melodiyanı heç cür tamamlaya bilməyən qəhrəmanın fikrindən hətta intihar da keçir. Amma parkda təsadüfən rastlaşdığı Rəna(Ayan Mirqasımova) ilə tanışlığı onu bu fikirdən daşındırır. Çünki özünün xərçəng xəstələyinə tutulduğundan şübhələnən rəqqasə Rəna da, az qala intihar ərəfəsindədir. Bunu bilən Murad o cavan qadının xilaskarına çevrilir. Rəna isə bu xeyirxah qocanın haçansa gənclik illərində ilk baxışdan görüb sevdiyi, amma iradəsizlik göstərib həmişəlik itirdiyi Minanın axtarışına çıxır. Bu, həm də o nakam sevginin ifadəsi olan itirilmiş melodiyanın axtarışıdır. Tamaşaçının bir çox dramatik məqamlarıyla rastlaşdığı bu film qəhrəmanın uzun ömrünün cəmi iki gününü göstərsə də, əslində onun bütün həyatını əhatə edir.
Filmdə söhbət idealların məhv olmasından gedir. Və idealların məhv olması fonunda insanların arasında olan münasibətlərin dəyişməsi, eləcə də onların psixoloji məqamları diqqət mərkəzindədir. Bu filmin qəhrəmanı bütün ömrü boyu cəmiyyətin qanunları ilə yaşayıb. Cəmiyyətdə mövcud olan əxlaqi-mənəvi dəyərlər çərçivəsindən kənara çıxmayıb. Və cavanlığında özü də fərqinə varmadan təbiətinə qarşı çıxıb və bu addımı ilə də bütün həyatı və yaradıcılığı qarşısına sədd çəkib. Qəhrəman bu səddi yalnız həyatının sonunda duyur, başa düşür. Və bu səddə üsyan edir. Ancaq artıq gecdir. Onun bu üsyanı ölümü ilə nəticələnir.

İştirak etdiyi Festivallar
1)Bakı – Şərq-Qərb Beynəlxalq Festivalı
2)MDB və Baltikyanı dövlətlərin Anapa beynəlxalq kinofestivalı (Rusiya, 2004)
3)«AsoloArtFilmFestival» Beynəlxalq Kino Festivalı (İtaliya-2004)

Film haqqında
Film 1999-cu ildən kinostudiyanın planına salınmışdı.
Filmin çəkilişləri 2004-cü ilin yayında tamamlandı.
Film 180 min ABŞ dollarına başa gəlmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Ramiz Rövşən, Hüseyn Mehdiyev
Quruluşçu rejissor : Hüseyn Mehdiyev
Quruluşçu operator : Nadir Mehdiyev
Quruluşçu rəssam : Mayis Ağabəyov
Bəstəkar : Azər Dadaşov
Geyim rəssamı : Mehriban Əfəndiyeva
Montaj edən : Nelli Dadaşova
İkinci Rejissor : Süleyman Əhmədov
Qrim rəssamı : Rəna Əliyeva
Səs operatoru : Əsəd Əsədov, Nataliya Nuriyeva
İcraçı prodüser : Nadir Əliyev

Rollarda
Ələddin Abbasov-Murad
Ayan Mirqasımova-Rəna
Mehriban Zəki-Gülya
Mobil Əhmədov-dirijor
Şəfiqə Qasımova
Təzəgül Məmmədova
Muxtar Avşarov
Məmmədkamal Kazımov
Natəvan Hacıyeva
Nizami Şıxməmmədov
Fuad Abbaszadə
Gülxar Həsənova
Zümrüd Qasımova


Tarix: 15.02.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 370 Bölmə: Filimler
loading...