Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəbbətin hökmü (film, 1998)

Məzmun
Film küçə qadınının (Naibə Allahverdiyeva) həyatından bəhs edir.

Film haqqında
Film aktrisa Naibə Allahverdiyevanın sifarişi ilə çəkilmişdir.
Film Azərbaycan kinosunda ata və oğlunun rejissor, ssenari müəllifi, aktyor və bədii rəhbər kimi birgə çəkdiyi ilk filmdir.
Elnur Mehdiyevin diplom işi olan bu filmin çəkilişi çox az bir müddətə başa gəlmişdir və rejissorun kinoda ilk işidir.
Ədəbi ssenarinin yazılışı zamanı 2 seriya üçün nəzərdə tutulsa da, sonda 1 seriya ilə kifayətlənilmişdir.
Film türk yazıçısı Suat Dərvişin "Fosforlu Cevriyə" əsəri əsasında çəkilib.
Əsərdə hadisələr İstanbulda cərəyan edir. Ancaq filmdə hadisələr qeyri-müəyyən bir yerdə baş verir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Suat Dərviş
Ssenari müəllifləri : Mirzəağa Atəş, Elnur Mehdiyev
Quruluşçu rejissor : Elnur Mehdiyev
Quruluşçu operator : Şərif Şərifov
Quruluşçu rəssam : Ağəli İbrahimov
Redaktorlar : Leyli Musayeva-Əliməmmədova, Vüqar Tapdıqlı, Camal Yusifzadə
Səs rejissoru : Firudin Bağıroğlu
Montaj : Fərid Axundov, Gilana Axundova, Məzahir Əzimov
Səs tərtibatçısı : Həmid Rəsulov
Musiqi tərtibatçısı : İkram Məmmədov
Filmin direktorları : Əlfi Şükürov, Aydın Həsəni
Bədii rəhbər : Cahangir Mehdiyev

Rollarda
Naibə Allahverdiyeva-Cevriyyə
Cəfər Namiq Kamal (Cəfər Əhmədov kimi)
Lətifə Əliyeva
Rəhilə İbadova
Cahangir Mehdiyev-Şerif


Tarix: 15.02.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 244 Bölmə: Filimler
loading...