Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlavə təsir (film, 2010)

Məzmun

Film cinayət məqsədilə istifadə olunan və adamları zombiləşdirən məhlul hazırlayan alim haqqındadır. 90-cı illərdə sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycanın elmi-tədqiqat institutlarından birində kimyaçı alim yeni məhlul əldə edir. Alim bu kimyəvi məhlulun müsbət və mənfi nəticələrini araşdırır. Onun köməyi ilə insanın yaddaşının müəyyən bir hissəsini silib, ondan neqativ işlərdə də istifadə etmək olar. Eyni zamanda, bu yolla insanları narkomaniya və alkoqolizmdən də uzaqlaşdırmaq mümkündür. Lakin nəticələr heç də gözlənildiyi kimi olmur.

Film haqqında
Film Daxili İşlər Nazirliyi və Prokurorluq əməkdaşlarının fəaliyyətinə həsr edilib.
Filmin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının əməkdaşlarının köməyindən istifadə edilib.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi: Elza Ağayeva, Ramiz Fətəliyev
Quruluşçu rejissor: Elxan Cəfərov
Quruluşçu operatorlar: Nadir Mehdiyev
Quruluşçu rəssam: Fikrət Ələkbərov
Bəstəkar: Aygün Səmədzadə
Rejissor : Əliqulu Səmədov
Redaktor : Vaqif Əlixanlı
Səs rejissoru : Bəkir Bəkirzadə
Montaj : Elşad Rəhimov
Kompyuter qrafikası : İqrar Əşrəfzadə
Geyim rəssamı : Elvira Hüseynova
Aranjiman : Əvəz Muradov
Musiqi redaktoru : Rauf Əliyev
Mahnının mətni : Sevinc Çılğın
Qrim rəssamı : Berta Roqova
Rejissor assistentləri : Zamin Məmmədov, Əlizamin Əzimov
Operatorlar : Asif Şirəliyev, Əli Sultanov
Kran operatorları : Emin Yəhyayev, Bəhram Bəhramov
İcraçı prodüser müavinləri : Fuad Əzizov, Elnur Əliyev, Rafiq Musayev
İnzibati qrup : Nərmin İsmayılova, Əlibala Rəhimov
Əlbəsə ustası : Cabir Hacıyev
Geyim üzrə rəssam assistenti : Tatyana Mixaylıçeva
Qrim üzrə rəssam assistenti : İradə Gülbabayeva
Rəssam assistentləri : Valeh Dadaşov, Kamran İbrahimxəlilov
Kompyuter operatoru : Günel Şirinova
Fotoqraf-rəssam : Elman Əliyev
Sinxron səslər : Əliqulu Səmədov
Mətn düzümü : Eldəniz Rəsulov
İşıqçılar : Tahir Bağırov, Əliağa İbrahimov, Temuraz Ezieşvili
Kamera texniki : İrakli Baidaraşvili
"Dolli" mexaniki : Georgi Zakaidze
Mexaniklər : Qabil Yəhyayev, Əminağa Əliyev
Pirotexniklər : Əlibala Məmmədov, Vaqif Qurbanov
Fəhlələr : Ziya Əsədov, Gülbala Məmmədov, Heydər Rzayev
Sürücülər : Ələkbər Abdulov, Vidadi Rüstəmov, Firudin Mustafayev, Casim Ataşov
İcraçı prodüser : Aydın Hacıyev
Baş prodüser : Xamis Muradov
Məsləhətçi : Qabil Rzayev (polis polkovniki)
Trüklərin quruluşu : Əli Məmmədov
Kaskadyorlar : Əli Məmmədov, Əhməd Cəfərov, Bəxtiyar Abbasov, Etibar Məmmədov (III), İlham Abbasov, Həsənağa Cəfərov, Vüqar Əliyev (III), Faiq Mustafayev (II), Fərid İbrahimov, İqor Potapov, Emin Məhərrəmov

Rollarda
Əbdülqəni Əliyev – Həmid Zeynalov
Kənan Mahmudov – Əziz Süleymanzadə
Xalidə Quliyeva – Xalidə Tağıyeva
Gülzar Qurbanova – Xədicə
Şamil Süleymanov – Eldar Tağıyev
Elşən Rüstəmov – İsmayıl Ələkbərov
Elxan Qasımov – polkovnik Şəmsəddin Babayev
Atabala Səfərov – direktor Nadir Nadirov
Əbdül Mahmudov – Nazim Şeydayev
Elnur Kərimov – kapitan Arif Nuriyev
Məhərrəm Musayev – kimyaçı Həbib Rüstəmov
Zemfira Sadıqova – Səfurə xala
Almaz Amanova
Ramiz Əzizbəyli – psixoloq Ramiz Qurbanov
Rəşad Mehdiyev
Solmaz Süleymanlı
Əliqulu Səmədov
Rəşid Soltanov
Yusif Cəfərzadə
Reyhan Axundova
Kamilə Babayeva
Nahidə Əliyeva (Naidə Əliyeva kimi)
Murad Abdullayev
Anar Səfiyev
Ülviyyə Beydullayeva
Cavanşir Məhərrəmov
Ələsgər Qurbanəliyev
Ağaxan Şərifov
Vaqif Qurbanov
Rza Məmmədov
Rəfael Quliyev
Səmimi Fərhad
Şahin Kərimov
Ülvi Məmmədov

Filmi səsləndirənlər
Rəfael Dadaşov – Şəmsəddin (Elxan Qasımov) (titrlərdə yoxdur)
Eldəniz Rəsulov – Nadir (Atabala Səfərov) (titrlərdə yoxdur)
Rasim Balayev – Həbib (Məhərrəm Musayev) (titrlərdə yoxdur)
Fuad Poladov – Nazim (Əbdül Mahmudov) (titrlərdə yoxdur)

Sponsor
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Çəkilişə köməklik edən qurumlar
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Respublikası Elmlər Akademiyası
Sumqayıt şəhər İcra Hakimiyyəti
Beynəlxalq Ticarət Mərkəzi
Bakı Dənizkənarı Bulvar İdarəsi
Sumqayıt şəhəri "Dalğa" oteli


Tarix: 14.02.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 482 Bölmə: Filimler
loading...