Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dənizi fəth edənlər (film, 1959)

Məzmun
Bu kinolent açıq dənizdə nadir neft mədəninin bu günü, çətinliklərə mərdliklə sinə gərib, dənizin dibində neft çıxaranların cəsurluğu, yaşlı yoldaşlarından-dəniz neftinin ilk kəşfiyyatçılarından əmək estafetini qəbul edən dəniz neftçilərinin yeni nəsli haqqında bəhs edir.
Filmdə Xəzərin cövlan edən dalğaları üzərində neftçilər tərəfindən salınmış dəniz şəhərinin özünəməxsus təkrarolunmaz həyat tərzi göstərilmiş, ən çətin şəraitdə neftin çıxarılmasının yeni üsulları əks etdirilmişdir.
"Dənizi Fəth edənlər"-Azərbaycanın fəhlə sinfinin əmək hünəri haqqında poetik kinohekayədir.

Festivallar və mükafatlar
1)1959-cu ildə I Moskva Kinofestivalı
Filmə qısametrajlı və sənədli filmlər bölməsi üzrə gümüş Medal verilmişdir.
2)1960-cı ildə
Rejissor Roman Karmen, operatorlar Cavanşir Məmmədov və Sergey Medınski filmə görə Lenin mükafatına layiq görülmüşlər.

Filmin heyəti

Film üzərində işləyənlər
Rejissor : Roman Karmen
Ssenari müəllifi : İmran Qasımov, Roman Karmen
Operator : Cavanşir Məmmədov, Sergey Medınski
Bəstəkar : Qara Qarayev
Səs operatoru : Ağahüseyn Kərimov
İkinci Rejissor : Məmməd Əlili
Səs Texniki : A. Minçenko
Mahnıların Müəllifi : Yevgeni Dolmatovski


Tarix: 13.02.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 139 Bölmə: Filimler
loading...