Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (film, 1986)

Məzmun
Elmi-kütləvi film respublikada sənaye əsasları üzrə intensiv surətdə inkişaf etdirilən heyvandarlığın möhkəm yem bazası ilə təmin olunmasına həsr edilmişdir.
Filmdə mal-qaranın qidalı yemə tələbatını ödəmək üçün bir sıra müsbət keyfiyyətli birillik dənli, paxlalı bitkilərin becərilməsini genişləndirməyə xüsusi diqqət yetirilməsindən danışılır. Filmdə bu bitkilərin aralıq, təkrar və qarışıq əkinləri ətraflı şəkildə izah olunur. Kinolentdə eyni zamanda birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini barədə Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bölmə və laboratoriyalarında aparılan tədqiqat işləri əsas yer tutur.

Film haqqında
Film Azərbaycan Dövlət Aqrosənaye Komitəsinin sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Rejissor : Ruslan Şahmalıyev
Ssenari müəllifi : Tofiq Məmmədov, Mirzəağa Mirmövsümov
Operator : Elxan Əliyev
Səs operatoru : Akif Nuriyev
Məsləhətçi : Y. Quliyev


Tarix: 11.02.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Filimler
loading...