Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axtarış həvəsi (film, 1970)

Məzmun
Film Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Tahir Salahovun yaradıcılığına həsr olunmuşdur. Filmdə onun bəzi əsərlərinin yaranma tarixindən, sənətkarın öz qəhrəmanları ilə görüşməsindən, xarici ölkələrdə olmasından bəhs edilir. Tahir Salahov həyatla sıx bağlı olan sənətkarlarımızdan biridir. O, ölkəmizdə baş verən ictimai hadisələri dərindən təhlil edərək, fəlsəfi fikirləri bədii surətlər vasitəsilə öz əsərlərində əks etdirir. T.Salahov, əsil mənada böyük sənətkar olduğu üçün əsərlərinin mövzusunu xalqımızın qaynar həyatında axtarır, böyük axtarış ehtirasları ilə yaşayır.

Filmin heyəti

Film üzərində işləyənlər
Rejissor : Teymur Bəkirzadə
Ssenari müəllifi : Hacı Hacıyev
Bəstəkar : Aqşin Əlizadə
Səs rejissoru : Adil Bəbirov


Tarix: 08.02.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 148 Bölmə: Filimler
loading...