Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Warner Bros.

Hollivudun 6 böyük studiyasından biri. 1918-ci ildə əsası qoyulan studiya “Paramount” və “Universal”-dan sonra ən qədim studiyadır.

Studiyanın adı dörd qardaş – Harri, Albert, Sem və Cek Uornerin adı ilə bağlıdır. Onlar 1903-cü ildə ilk teatrlarını açdılar. Birinci dünya müharibəsi illərindən etibarən film istehsal etməyə başlayan qardaşlar 1918-ci ildə studiyanı yaratdılar. 1923-cü ildən isə şirkət “Warner Bros. Pictures, Inc” adlanmağa başladı. Studiyanın ilk ulduzu “Rin Tin Tin” adlı it idi. Alman rejissor Ernst Lubitşin 1924-ci ildə çəkilmiş “The Marriage Circle” (Evlilik Dairəsi) filmi studiyaya böyük uğur qazandırdı.

1927-ci ildə studiya kino tarixində yeniliyə imza atdı. Al Colsonun iştirakı ilə ilk səsli film “The Jazz Singer” (Cazz Müğənnisi) ekranlara çıxdı. Film studiyaya böyük gəlir gətirdi. Bir neçə il ərzində uğursuzluqla üzləşən studiya 1933-cü ildə “42nd Street” (42-ci küçə) filmi ilə böhrandan xilas oldu.Studiyanın “The Public Enemy” (Dövlətin Düşməni) filmi Ceyms Kaqnini məşhur ulduz statusuna qovuşdurdu. Studiyanın ilk ulduzları sırasında Betti Deyvis, Barbara Stenvik və b. var idi.

1936-cı ildə Teks Eyveri “Donuz Porki”-nin iştirakı ilə bir neçə cizgi filmi ekranlaşdırdı. Bunun ardınca isə Daffi Dak və Baqs Banni studiyanın ulduzlarına çevrildi.1990-cı illərin sonlarında studiya Coanna Roulinqin “Harri Potter” kitablar seriyasının müəllif hüquqlarını əldə etdi. Bu seriyadan olan 8 film dünya üzrə 8 milyard dollara yaxın gəlir əldə etdi.

Studiyanın “Ən Yaxşı Film” Oskarını alan filmləri:
1937 – “The Life of Emile Zola” (Emil Zolyanın Həyatı)
1942 – “Casablanca” (Kasablanka)
1964 – “My Fair Lady” (Sevimli Xanımım)
1989 – “Driving Miss Daisy” (Miss Deyzinin Sürücüsü)
1992 – “Unforgiven” (Bağışlanılmaz)
2004 – “Million Dollar Baby” (Milyon Dollarlıq Qızcığaz)
2006 – “The Departed” (Dönüklər)
2008 – “Slumdog Millionaire” (Xarabalıq Milyonçusu)


Tarix: 28.11.2014 / 11:37 Müəllif: Aziza Baxılıb: 158 Bölmə: Filimler
loading...