Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cənnət Uşaqları | Children of Heaven

Orijinal adı: Bacheha- Ye asemanChildren of heaven
Rejissor: Məcid Məcidi
Janr: Dram/ Macəra/ Ailəvi
Ölkə: İran
İl: 1997
IMDB xalı : 8.2
Mükafatlar: Film bir neçə nominasiya üzrə təmsil olunduğu nüfuzlu kino mükafatı və festifalların heç birində laureat ola bilməmişdir.

“Cənnət uşaqları” həm kiçiklərin, həm də böyüklərin maraqla qarşıladığı mükəmməl filmdir. Xoş niyyət və saf duyğularla çəkilmiş bu film Amerika uşaq filmlərinə məxsus gizli istehza və kinayəli yanaşmadan təmamilə uzaqdır. Bu film insana filmlərdə uşaqların süni yaradılmış karikaturalardan deyil, canlı uşaqlardan ibarət olduğu dövrü xatırladır.
Film İran tərəfindən çəkilmişdir. Bəlkə də ilk anda düşünə bilərsiz ki, belə bir film uşaqlara maraqlı olmaz. Film 8-9 yaşında olan uşaqların rahat anlaya biləcəyi, hətta öz bacı-qardaşlarına pıçıltıyla izah edə biləcəkləri izahlı formada alt yazıları da var. Filmin elə bir qlobal mövzusu var ki, sadəcə İranda deyil, eləcə də dünyanın heç bir yerində bu filmə heyrət və maraq içərisində baxmayacaq bir uşağın olması mümkün deyil.

Əli və ZəhraFilm bacısının ayaqqabısını itirən balaca oğlan haqqındadır. Təmir üçün ayaqqabıları pinəçiyə aparan oğlan, yolda anasına tərəvəz almaq üçün dayandıqda zibilyığan bilmədən ayaqqabıları da götürüb aparır. Əlbəttə ki, Əli bunu valideynlərinə deməyə cəsarət etmir. Bacısı Zəhra isə məktəbə ayaqqabısız necə gedəcəyinin həyəcanı içərisindədir. Uşaqlar valideynlərdən xəbərsiz bu problemi öz aralarında həll etməyə çalışırlar.
Həlli isə sadədir. Zəhra səhər Əlinin ayaqqabılarını geyinib məktəbə gedəcək, sonra qaçaraq evə tez gələcək ki, Əli də onları geyinib günorta məktəbə gedə bilsin. Lakin Zəhra yetərincə sürətli qaça bilmir və çox yaxşı tələbə olan Əli dərsə gecikmək kimi çətinliklərlə qarşılaşır. Eyni zamanda Zəhra öz sevimli ayaqqabılarını zibilyığanın qızının ayağında görərkən kədərli baxışlarla baxması çox hüzünlü bir səhnədir.

Mən bu səhnəni Godzilladan, eləcə də başqa uydurulmuş əyləncə növlərindən daha qorxulu və düşündürücü hesab edirəm. Hətta uşaq olanda, siz bilirdiniz ki, siz nəhəng sürünən tərəfindən əzilməyəcəksiniz. Bəs, sizə etibar olunmuş bir şeyi itirmək necə? Bəs, məktəbdə çətinliklərlə qarşılaşmaq? Bax ən qorxulu an budur.Məcid Məcidinin çəkdiyi bu filmin gözəl səhnələrindən biri də Əli ilə atasının velosipedlə qədim şəhərin orta əsr küçə və xiyabanlarını keçərək varlıların yaşadığı hündür və dəbdəbəli binalardan ibarət olan hissəsinə gəldiyi səhnədir.
Ata bağban olaraq işləməyi arzulayırdı, lakin varlı qapılarında olan daxili telefonla danışmaq onun gözünü qorxudurdu. Oğlu sıçrayaraq budamaq, alaq etmək, boyamaq, səliqəyə salmaq kimi təkliflər etdi. Və bu onlar üçün böyük bir uğur idi.
Bir gün kasıb uşaqlar üçün qaçış yarışması keçirilir. Qalib yay düşərgəsinə iki həftəlik bilet və başqa hədiyyələr alacaqdı. Amma bu Əli üçün maraqlı deyildi. O, üçüncü yeri istəyirdi, çünki bu yerin qalibinə bir cüt ayaqqabı verəcəkdilər. O isə bu ayaqqabıları bacısına verməyi düşünürdü.
Mən düşünürəm ki, filmi seyr edərkən keçirilən yarış və bu yarışın nəticəsi uşaqlar üçün olduqca maraqlı olacaq.
“Cənnət uşaqları” filmi dalaşmaq əvəzinə bir-birini çox sevən bacı-qardaşın yaşadığı bədbəxtlikdən uzaq bir ev haqqındadır. İstənilən uşaq filmi izlərkən bu fərqliliyi sezə bilər. İranın çəkdiyi bu filmdə izləyici Mutant tısbağaların məskəni, Altı polisin gücü və digər zorakılıq aşılayan video oyunları inkar edən məsumiyyətin, sevginin, qərarlılığın şahidi olur.
Görəsən, niyə biz uşaqlara əşyaları görməyi öyrətməzdən əvvəl, onların mahiyyətinə varmağı öyrətmirik?


Tarix: 28.11.2014 / 11:25 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Filimler
loading...