Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kaş bir az dünyaya sən tez gələydin – Elxan

Vaxtında dünyaya gəlmədik hayıf!
İllərin fərqini mənasız bilək,
Taleyin yazdığı yazını silək,
Yenidən doğulub həyata gələk,
Qoy bitsin bu acı, bitsin bu kədər.

Alnımda yazılan son qismətimsən,
Röyada gördüyüm məhəbbətimsən,
Vaxtından gecikmiş səadətimsən,
Kaş bir az dünyaya sən tez gələydin.

Bu yaşın fərqini ürək nə bilir?
Sevilmək nə bilir?
Sevmək nə bilir?
Səni gec yaradan fələk nə bilir?
Kaş bir az dünyaya sən tez gələydin.


Tarix: 22.01.2015 / 18:06 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Elxan
loading...