Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Əhməd

Sultan II Əhməd (1691-1695)

Sultan İbrahimin oğludur. 1643-cü ildə anadan olub. 21 İyun 1691 də taxta çıxdığı zaman 49 yaşında idi. Sultan II Əhməd, taxta çıxdıqdan sonra ilk olaraq, Avstriya üzərinə gedən Sərdar Fazıl Mustafa Paşaya fərman göndərərək sədarətinin və səfərin iddiamını dilədi. Fazıl Mustafa Paşa, 20 iyulda Belqradaya çatan Osmanlı Ordusunu, Krım qüvvələrinin gəlməsini gözləmədən və hərb məclisinin qərarına zidd olaraq Petervaradin önlərində olan Avstriya Ordusu üzərinə apardı. Şiddətli keçən hərbin ilk anlarında Osmanlı Ordusu üstün vəziyyətdə ikən sərdarın vurularaq şəhid düşməsi səbəbindən, vəziyyət Osmanlılar əleyhinə döndü. Beləcə Salankamen döyüşü uduzuldu. Bu döyüşdə tarixçilərin, alim, dindar, alicənab, ağır və ədalətli bir kimsə olaraq səciyyələndirdikləri, yaxşı bir dövlət adamı və komandır olan Fazıl Mustafa Paşanın şəhid düşməsi, Osmanlılar üçün ən böyük itkin olmuşdur. Salankamen məğlubiyyətindən sonra, Lipva və Varat qalaları Avstriyalılar tərəfindən işğal olundu. Vəziyyəti uyğun görən Lehistan qüvvətləri Kameniçe qalasını muhasirə edib, İsakçı ətrafına qədər gəldilər. 1693-cü ildə Avstriyalılar Əflak və Boqdana təkrar hücuma başladılar. Yanovanı işğal edən düşmən qüvvətləri, Belqradı muhasirə etdilər. Ancaq sədrəzəm Bozoklu Mustafa Paşa sürətlə gələrək Yanovanı aldı və və Belqradı muhasirədən qurtardı. Osmanlı Ordusunun müvəffəqiyyətlərinə baxmayaraq Avstriyalıların hücumları bitmək bilmirdi. Venedik donanması Saqqız adasını işğal etdi. 1695-ci ilin ilk günlərində İstanbuldan hərəkət edən Osmanlı donanması, Hüseyn Paşanın böyük qəhrəmanlığı sayəsində Saqqız boğazındakı Qoyun adaları ətrafında Venedik donanmasına böyük tələfat verdi. Venedikli admiral, gəmisiylə birlikdə suda batdı. Qoyun adaları zəfərindən sonra, Türk donanması Saqqıza əsgər çıxarıb, ələ keçərdi. Ancaq Sultan II Əhməd Saqqızın fəth xəbərini bilmədən 6 fevral 1695-ci ildə, əlli iki yaşında Ədirnədə həyata gözlərini yumdu.


Tarix: 03.03.2013 / 16:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Dunya ve tarixi
loading...