Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultaniyə

Sultaniyə- İranın Zəncan ostanınınd Əbhər şəhristanının Sultaniyə bəxşində şəhər və bu bəxşin mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,684 nəfər və 1,649 ailədən ibarət idi[1]. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.Mündəricat
1 Tarixi
2 Bazarı
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər


Tarixi

1256-1357-ci illərdə Azərbaycanda hakimiyyətdə olan Elxanilər özlərinə aid olan yerlərdə bir sıra dəyərli binalar qurmağa başladılar.Onlardan biri də Zəncan şəhərinə yaxın Sultaniyyə çəmənliyində qurulan binadır.Bu bina bir neçə məqsədlə tikilmişdi.Binanı təşkil edən hissələr haqqında danışaq.

Bazarı

Sultaniyyədə böyük bir bazar var imiş.Dünyanın hər tərəfindən gələn məhsullar burada alınıb-satılarmış.İspaniyanın Azərbaycandakı o vaxtkı səfiri Gilavixo belə yazır:

"Sultaniyyə çox cəmiyyətli bir şəhərdir.Alver sahəsində Təbrizdən önəmlidir.Onun bazarı bu şəhərdən balaca görünür.Yaz fəslində dəvələrə yüklənmiş mallar bazara daxil olur.Xalq ona "karvan" deyir...Hindistan tacirləri ədva, Gilan tacirləri ipək, Şirvan tacirləri parça gətirirlər."

Həmdullah Mustofi bazarın 3 min addım olan genişliyindən yazır.Bu bazarı hətta Aran-Bağdad-Gilan-Hindistan sərhəddi belə adlandırmışlar.


Tarix: 03.03.2013 / 16:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 176 Bölmə: Dunya ve tarixi
loading...