Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sam mirzə Səfəvi

Sam mirzə Şah İsmayıl oğlu Səfəvi – (1517-1567), Səfəvi şahzadəsi, təzkirəçi, ədəbiyyatşünas.Mündəricat
1 Həyatı
2 Siyasi fəaliyyəti
3 Ədəbi fəaliyyəti
4 Əsərləri
5 İstinadlar
6 Həmçinin bax


Həyatı

Tarixi kitablarda göstərilir ki, Sam mirzə, oğlanları və Əlqasın oğlanlarının qatili Məhəmməd bəy Qoyunçuoğlu Piri bəyin yanına gedir. Əmirxan Mosullu Vəraminə Piri bəyin üstünə gedib, onu öldürdür. Qoyunçuoğlunu tutub gətirir və həbs edirlər...

Qazı Əhməd Quminin "Xülasətüt-təvarix" əsərində hadisə və tarix daha dəqiq təsvir olunmuşdur: O, yazır ki, Sam mirzə iki oğlu ilə Qəhqəhə qalasına göndərilir. O, qalada həbs olunan İsmayıl mirzəyə bir qəsidə yazıb göndərir. Qəsidədə xahiş edilirdi ki, əgər hakimiyyət sənə çatsa, məni bir yerə hakim təyin edərsən. Qəhqəhənin qalabəyi Həbib bəy Ustaclu həmin qəsidəni başqa kağızlarla İsmayıl mirzədən alıb, şah Təhmasiba göndərir. Şah Təhmasib qəsidəni görüb, Sam mirzədən bədgüman olur. Məhəmməd bəy Qoyunçuoğlunu 30 nəfər qorçu ilə gizlicə çağırtdırıb deyir ki, mənim qalada 5 düşmənim vardır. Həbib bəyə hökm yazır ki, Məhəmməd bəyin sözü bizim sözümüzdür, əməl edin. Məhəmməd bəy qalaya çatıb deyir ki, Əlqas Mirzənin oğlanları, Sam Mirzə və onun oğlanlarını bir yerə cəm edin. Məhəmməd bəy onların yeməklərinə zəhər qatıb göndərir. Onlar işi başa düşüb, yemirlər və öz mənzillərində olan bəzi ehtiyatda qalmış yeməklərlə dolanırlar. Məhəmməd bəy belə qərara gəlir ki, onları gecə yuxuda olduqları vaxt boğub öldürsünlər. Əvvəl Sam mirzənin oğlundan başlayırlar. Birini yuxuda ikən boğurlar. Digəri isə ayılıb istəyir ki, özünü arxadan atasına çatdırsın, onun da işini bitirirlər. Sam mirzəni öldürmək istədikdə əsasını götürüb onları vurur. Qorçilər ipi onun boğazına salıb boğurlar. 5 nəfəri qalada dəfn edib, məsələni şah Təhmasibə xəbər verirlər. Şah Təhmasib divanxanaya gəlib deyir ki, Sam mirzə, övladları və Əlqasın oğlanları qalada bir mənzildə olarkən zəlzələ olub, tavan onların üstünə uçub və onlar ölüblər. Bir müddətdən sonra şah Təhmasib onların cəsədlərini qaladan gətirtdirib ata-babalarının məqbərələri olan Kəlxuran kəndində dəfn etdirir.

Bu hadisə 975-ci ilin cümadiəs-sani ayında (3.II.1567 – 1.I.1568) baş vermişdir. Sam mirzə öldürülərkən 51 yaşı olmuşdur. O, 21 şaban 923-cü (10 sentyabr 1517) ildə anadan olmuşdur [1].

Qardaş və bacıları

Sam mirzənin Rüstəm mirzə (gənc yaşlarında vəfat edib), I Şah Təhmasib, Alxas mirzə və Bəhmən mirzə adında beş qardaşı və Xanım bəyim, Pərixan xanım, Məhinbanu bəyim, Firəngiz xanım və Şahzeynəb xanım adında beş bacısı olub.

Siyasi fəaliyyəti

Şah İsmayılın qəfil ölümündən sonra 10 yaşında hakimiyyətə keçən oğlu Təhmasib mirzə feodalların, qızılbaş əmirlərinin əlində oyuncağa çevrilmişdi. İlk on il hədsiz hərcmərclik və qızılbaş tayfa başçıları arasında kəskin qanlı döyüşlər dövrü idi. Əmirlər və tayfa başçıları arasında bu qanlı çəkişmələrlə yanaşı, bir tərəfdən də türklər tez-tez Azərbaycana hücum edirdi. Şahlığının 10-cu ilində — 20 yaşlarında hakimiyyəti möhkəmlətmək, ölkəni daha çox nizama salmaq istərkən Təhmasib daxildə və xaricdə böyük çətinliklərlə üzləşir. Əmirül-üməra Hüseyn xan Şamlı ən yaxşı torpaqları şamlıların əlində toplamağa çalışmaqla yanaşı, vaxtilə lələsi olduğu Sam mirzəni (Şah İsmayılın digər oğlu) hakimiyyətə keçirmək üçün Şah Təhmasibi zəhərləmək istəyir. Şah bunu eşidərək Hüseyn xanı yanına çağırtdırıb, tikə-tikə doğratdırır. Elə bu zamanlar Sam Mirzə qardaşına xəyanət edərək özünü türk sultanı Sultan Süleymanın vassalı sayır. 1534-cü ildə Sultan Süleyman qızılbaş ordusunun Xorasan ətrafında özbəklərlə vuruşduğunu nəzərə alaraq böyük ordu ilə Azərbaycana hücum edir. Bu zaman bir çox qızılbaş əmirləri — Azərbaycanın cənub hissəsinin əmirül-ümərası Musa sultan Mosullu, əyanlardan Məhəmməd xan Zülqədər, Hüseyn xan Təkəli, Qazi xan Təkəli və başqaları sultanın tərəfinə keçirlər. Şah Təhmasib öz ordusu ilə Van və Ərciş torpaqlarına çəkilir, ordu yorğun və türklərlə müqayisədə az olduğu üçün ciddi döyüşə girmir. Sultan öz ordusu ilə qışı Bağdadda keçirir və yenidən Təbrizə gəlir, Azərbaycanı talayıb İstanbula qayıdır.

Ədəbi fəaliyyəti

Sam Mirzə "Töhfeyi-Sami"sində Hərfi İsfahani deyilən şairin Gilan əhlinin həcvinə şəhraşub yazdığını, buna görə də müttəhim bilindiyini, dili kəsildiyini yazır. Sam Mirzənin sözlərindən, gizlətmədiyi köntöy münasibətindən bu da sezilir ki, deyəsən, Hərfinin ustalığı çox da yüksək deyilmiş. Çünki Sam Mirzə kinayə ilə "Hərfinin dili Gilanı həcv etdiyi şəhraşubuna görə deyil, başqa şeirlərinə görə kəsilməli idi" yazır. Yəni, şeirləri o qədər zəifdir ki, müəllifi elə bozluğuna görə ən ağır cəzaya layiq görmək olar. Bundan əvvəl Şah İsmayıl Xətainin oğ­lu Sam Mirzə (1517-1567) XV əsrin sonu, XVI əsrin ortalarında yaşamış şairlər haqqında məlumat verən farsca yazdığı "Töhfeyi-Sami" təzkirəsini yazarkən "Məcalisün-nəfais"dən örnək kimi istifadə etmişdi. Nəvaidə olduğu kimi, Sadiqinin də təzkirəsi səkkiz məclisdən ibarətdir. Sadiq bəy əsərini tərtib edərkən Nəvai təzkirəsindən əlavə Caminin "Baharistan", Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra", Sam Mirzənin "Töhfeyi-Sami" və başqa əsərlərdən istifadə etmişdir.


Tarix: 01.03.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 927 Bölmə: Dunya ve tarixi
loading...