Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gündəlik Dualar

Hz. Peyğəmbər (a. s. v.) gecə yatmaq üzrə yatağına girdiyi zaman, sağ əlini sağ yanağının altına qoyardı və bu duanı oxuyardı

"Bismikəllahümmə əhya və emutü."

"Allahım! Sənin adınla dirilir, sənin adınla ölürəm."


Yatarkən Digər bir dua

Nəbiyyi Əkrəm Əfəndimiz yatağına girincə sağına yatar, sağ əlinin içini sağ yanağına gətirər, beləcə Allaha təslim olma duasını oxuyardı. Bu dua belə idi:


"Allahümme eslemtü nefsî ileyke. Ve veccehtü vechî ileyke. Ve fevvadtü emrî ileyke. Ve elce''tü zahrî ileyke, rağbeten ve rehbeten ileyke. Lâ melce''e, velâ mencee minke illâ ileyke. Âmentü bi-kitabikellezî enzelte, ve binebiyyikellezî erselte."


"Allahım, nəfsimi sənə təslim etdim, üzümü sənə çevirdim. İşimi sənə həvalə etdim. Kürəyimi sənə həm qorxaraq, həm də ümid edərək söykədim. Onsuz da səndən başqa sığınacaq, səndə başqa sığınacağım yoxdur. Xilas etmək və himayə ancaq səndəndir, sənə məxsusdur. Allahım endirdiyin kitabına, göndərdiyin Peyğəmbərinə iman etdim. Bu hal və iman ilə yuxuya yatıram."

Su içərkən əvvəl "Bismilləh" deməli, suyu üç qurtumda içməli, su bitincə bu dua oxunmalıdır:


"Elhamdü''lillahil''lezi sekana azben füraten birahmetihi, və lem yec''alhü milhan ücacen bizünubina."

"Şəfqət və mərhəmətiylə bizə şirin və ləzzətli su içirən, işlədiyimiz günahlar səbəbiylə suyumuzu ağrılaşdırıb, duzlu etməyən Rəbbimizə həmd olsun!"


Tarix: 21.11.2012 / 14:22 Müəllif: [Ram] Baxılıb: 1323 Bölmə: Dualar
loading...