Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möminin silahı - DUA

Şübhəsiz ki, həmd Allah üçündür. Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərrindən, əməllərimizin pisliklərindən Ona sığınırıq. Allah kimə hidayət verərsə onu azdıran olmaz, Allah kimi azdırarsa ona hidayət verən olmaz.

Allahdan başqa ilah olmadığına şəhadət edirəm. O, təkdir və ortağı yoxdur. Yenə şəhadət edirəm ki, Məhəmməd (s.ə.s) Onun qulu və elçisidir. ?Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!? (Ali İmran, 102)

?Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!? (Nisa, 1) ?Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar? (Əhzab, 70-71)

Bundan sonra: Sözlərin ən doğrusu Allahın Kitabı, yolların ən xeyirlisi Məhəmməd (s.ə.s)-in yoludur. İşlərin ən şərlisi muhdəs (Dində olmayan şeyin din adından istifadə edilməsi) olanlardır. Dinə sonradan soxulan hər şey bidətdir, hər bidət zəlalətdir, hər zəlalət atəşdədir. (Xütbətul Hacc adı ilə məşhur olan bu du
anı, Cümə xütbələrində və bütün söhbətlərində oxuyan Rəsulallah (s.ə.s) birbaşa əshabına da öyrətmişdir. (Muslim, 867; Nəsai, 3/188)



Müqəddimə

Həmd, dualara cavab verən, sıxıntıları aparan Allaha, salavat və salam Allahın peyğəmbərliyi tamamladığı Məhəmməd (s.ə.s)-ə olsun.

Sübhəsiz bütün insanlar dua və Allaha sığınmağı xüsusi bir ehtiyac duyur. Sıxıntıların aparılmasında, ehtiyacların aradan götürülməsində, onlara gələn bəla və fitnələrin qarşısının alınmasında dua insan üçün zəruri ehtiyacdır.

Dua, möminin qüvvətli silahı, bəlanı dəf edib qəzanı rədd etdiyi sağlam qalasıdır.

Dua, yolunu itirmişlərin, hüznlü və zülmə düçar olanların sığınağıdır. Onlar bu qalaya sığınıb onda qərar tutarlar.

Dua, ən böyük ibadətlərdən biridir. Sadiqlik ilə dua edən kimsə, Rəbbinə bağlanır və yaradılmışlardan üz çevirir. Qəlbi ilə onlara yönəlmir. Çünki qullar onu üçün nə zərər, nə fayda, nə ölüm, nə həyat, nə də başqa bir şeyə qadir ola bilməzlər.

Kəramət və yüksək comərdlilik sahibi Allaha təsbih edirəm (Onu bütün nöqsanlardan uzaq tuturam) Qulun ehtiyaclarını Ondan istəməsini ibadət etmişdir və bunu ona əmr etmişdir, onun tərk edilməsini də ən açıq şəkildə qınamışdır. Bu ibadəti tərk edən kimsəni Ona qarşı böyüklük edən biri saymış və onu şiddətlə təhdid etmişdir. Allah Təala belə buyurur: ?Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!? (Ğafir, 60)

Dua İbni Qeyyim (rh)-ın tərif etdiyi kimi: İnsana fayda verən şeyləri tələb etmək, zərər verəcək şeyləri istəməməkdir.


Tarix: 07.05.2013 / 21:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 667 Bölmə: Dualar
loading...