Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cream caramel

Tərkibi:
1 litr süd
8 ədəd yumurta
2 stəkan şəkər tozu
1/2 paket vanil

Hazırlanması:
1. Qarışdırma qabının içinə 1 su stəkanı şəkər tozu və yumurtaları əlavə edib qarışdırın.
2. Sonra südü və vanili əlavə edib yaxşıca qarışdırın.
3. Geridə qalan 1 su stəkanı şəkəri tavaya əlavə edib biraz qaraldın. (Diqqət edin çox qaralmasın)
4. Qəliblərinizin altına karamel kimi olmuş şəkərdən bərabər miqdarda tavaya paylayın.
5. Üzərinə kremi əlavə edin və qəlibləri nimçəyə yerləşdirin.
6. Nimçəyə qəlibləri keçməyəcək şəkildə isti su əlavə edin.
7. 170 dərəcədə isidilmiş sobada qızarana qədər bişirin.
8. Sobadan çıxardıqdan sonra soyuducuda soyumağa buraxın.
9. Təxminən 4-5 saat sonra xidmət edin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 14:49 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Dünya mətbəxi
loading...