Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nanəli mərci şorbası resepti (Türk mətbəxi)

Tərkibi:
1 stəkan yarım qırmızı mərci
1 pomidor – iri-iri doğrayın
1 yerkökü – iri-iri doğrayın
1 xörək qaşığı tomat pastası
1 dolu xörək qaşığı quru nanə (istəyə görə artırıb yaxud azaltmaq olar)
4-5 xörək qaşığı kərə yağı (istəyə görə artırıb yaxud azaltmaq olar)
Duz-istiot

Hazırlanması:
Mərcini yaxşıca yuyub, süzünü süzüb qazana qoyun. Üstünə 4-5 stəkan su töküb qaynadın.

Qaynayan mərcinin kəfini yığın. Mərci yarım-bişmiş olduğunda qazana doğranmış pomidor, yerkökü, tomat pastası və quru nanəni əlavə edin. Orta hərarətdə bişirməyə davam edin. Mərci tam yumşalanda, kütləni blenderdə püre halına gətirin. Yenidən qazana tökün. Zövqə görə duz və istiot vurun. Şorba qatıdırsa, bir az da su əlavə edib, qaynadın.
Tavada kərə yağını qızdırıb bişmiş şorbaya töküb, qarışdırın. Şorba hazırdır. Süfrəyə verdiyinizdə, hər boşqaba istəyə görə qırmızı acı bibər tozu səpə bilərsiniz. Şorbaya limon sıxıb yeyin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:31 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Dünya mətbəxi
loading...