beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

5 Daha asan hamilə qalmaq üçün nə etmək lazım?

Hamilə qalmağın asan yolları

Hamilə qalıb, qalına bilməyəcəyi şübhəsiz ki, əvvəlcədən bilinə bilməz. Heç bir həkim ya da insan heç kimə uşağın olar ya da olmaz deyə zəmanət verə bilməz. Əlbəttə edilən araşdırmalarda uşaqlığı, yumurtalıqları ya da xayaları (kişilərdə) olmayan cütlərdə təbii olaraq hamiləlik olmayacağı müəyyəndir. Ancaq anatomik olaraq heç bir problem olmasa belə qorunmasız cinsi əlaqə ilə keçən bir ilin sonunda cütlərin 15% də açıqlana bilməyən bir şəkildə sonsuzluq problemi olduğu unudulmamalıdır.

Hamilə qalmağa qərar verildiyində təbii olaraq ilk ediləcək şey qorunmağı buraxmaqdır. Qorunmanın növündən asılı olaraq hamilə qalma qabiliyyətiniz 0-3 ay ara verə bilər. Məsələn, uzun təsirli qorunma iynələri istifadə edənlərdə qorunmanı buraxdıqdan sonra 3-4 ay hamiləlik meydana gəlməyə bilər. Spiralın çıxarılması və hamilə qalmamaq üçün qəbul edilən dərmanların buraxılması zamanı ertəsi ay hamiləlik meydana gələ bilər.

Hamilə qalma şansını artırmaq üçün nizamlı bir cinsi həyat və həftədə ən azı 2-3dəfə cinsi əlaqədə olmaq lazımdır. Daha seyrək olan əlaqələrdə də əlbəttə hamiləlik meydana gələ bilər, amma ehtimal daha az olacaq. Bu halda cütlərin 70% i 6 ay içində hamiləlik əldə edir. Heç bir problemə sahib olmayan və qorunmayan bir cütün orta hamilə qalma şansı hər aybaşı dövründə 25% ətrafındadır.

Hamilə qalmaq üçün ən uyğun dövr 28 gündən bir aybaşı görən qadında qanaxmanın başlanğıcından etibarən 12-15ci günlərdir. Çünki bu dövrlərdə sağlam bir qadının mayalanması baş tutur.

Mayalanmanın baş tutduğu aydın olurmu?

Süd vəzilərində həssaslıq, qarın nahiyyəsi və qasıqda ağrı və narahatlıq hissi, vaginal (uşaqlıq yolu) axıntıların və vaginanın (uşaqlıq yolu) yaş olmasının artması kimi şikayətlər mayalanmanın reallaşdığının işarələridir. Bundan əlavə apteklərdə satılan mayalanma təyin etmə testləri ilə də mayalanmanın reallaşıb, reallaşmadığı təyin oluna bilər. Köhnə bir üsul olmasına baxmayaraq bədən istiliyinin təyini ilə də mayalanma olub olmadığı aydın ola bilər.

Cinsi əlaqə zamanı sürüşkənlik yaradan tüpürcək və ya digər krem vəs. kimi maddələrin istifadə edilməsi spermalara zərər verərək hamiləliyi çətinləşdirə bilər. Bundan əlavə ayaqüstə və ya oturaq mövqedə yaşanan cinsi əlaqədə ya da əlaqədən dərhal sonra ayağa qalxıldığında spermaların uşaqlıq ağzından (uşaqlıq boynu) keçmələri çətinləşər, Cinsi əlaqədən sonra qadının bir müddət kürəyi üstə yatması hamiləlik ehtimalını artıra bilər.

Hamiləlik və hamiləliyə qədərki dövrdə cütlərin yüksək istilikdən çəkinmələri məqsədə uyğundur. Saunadan və çox isti suyla duş qəbul etməkdən qaçınılmalıdır. Bundan başqa kompüter və televizor ekranından yayılan elektromaqnit sahənin də hamilələrə zərərli ola biləcəyi düşünülür.

Bu zərərli təsirdən qorunmaq üçün kompüter ekranından ən azı 80 sm uzaqda oturulması təklif edilir. Xüsusilə monitorların arxa hissəsindən uzaqda oturmaq lazımdır.

Cütlərin 15% də 1 il ərzində hamiləlik olmaya bilir. Bir il daimi cinsi əlaqədə olan (qorunmasız) və hamiləlik baş tutmayan ailələr sonsuz hesab olunur. Bir ilə qədər müddətdə hər hansı bir ailədə hamiləlik baş tutmamışsa narahat olmağa dəyməz və cinsi əlaqələrinizi davam etdirmək tövsiyyə olunur. Bir il tamam olduqda və hamilə qalınmadıqda həkimə müraciət etmək və sonsuzluğun müayinə və müalicələrinə başlamaq lazımdır.
Uşaq istəyən xanımlar üçün soğanın faydası.
Bir dənə orta böyüklökdə soğanı qabığını soyub dörd yerə b
ölürük.Əvvəlcədən qaynadılmış 2stəkan suyun içində 5dəqiqə qaynadırıq.İçinə başqa heç bir şey əlavə etmək olmaz.Hər günorta və axşam yeməyindən yarım saat əvvəl yəni gündə iki dəfə bir stəkan içirik.Haziırlanmış məhlul bir günlük nəzərdə tutulub.Bunu 15 gün davam eləyin.Bunu aybaşı zamanıda qebul etmək olar.Amma daha yaxşı kömək olsun deyə aybaşı dovrü birdikdən sonra edin.15 günden daha artiq isrifadə etmək olmaz.Birdə ikinci aybaşının başlamasına 5-7 gün qalmış birdə istifadə edin.bu mehlul hemde qadin cinsi orqanınıN xerceng xesteliyinin qarşısını alır.
Quru əncirin faydası.

8-9 dene quru incil görürürük.Soyuq su ilə yuyuruq.Əvvəlcədən qaynadılmış 1 litr suda 8-9 deqiqə qanadırıq.İlıq olduqdan sonra mehlulun yarısını səhər yeməyindən sonra,yarısınıda axşam yeməyindən əvvəl içirik.Rahat olsun deyə cox hazirlamayın.Bu mehlul gündəlik hazırllanmalıdır.Hər gün təzə-təzə hazırlanmalıdır.Bunu 20-25 gün davamlı şəkildə qəbul edin.Daha effektli olsun isrəyirsinizsə yumurta boyda soganı (qizmizi yox sarı qabıqlı)kiçik-kiçik dograyıb üzərinə 1y.q sumaq səpin.Yeməkdən 15 dəqiqə əvvəl yeyin.Bunu həftədə 4dəfə edə bilərsiniz.(İstəyə görə)Bu həmdə yumurtalıq kisti-polikistik overdendə qoruyacaqdır.
Hamilə qalmağa kömək edən bitkilər.
NANƏ -təzə nanə salatlarda istifadə etmək lazımdır.1litr suya 10 qram nanə töküb dəmləyin.Aybaşı zamanı sancı olandada istifadə edin.Yaxşı effekt verir.

ZƏNCƏFIL-Bütün bədəni oyadır.Qadınlarda və kişilərdə cinsi istəyi artırır.

DARÇIN-Cinsəl istəyi artırır.Hormonları işlədir.Bədənin gücünü artırır.Qadinlarda ağ axıntını azaldir.

RAZYANA-Hormon pozunlularında,hamilə qalmağın tez baş tutmasında böyük kömək edir.Yeməyin üzərinə səpib
yemək lazimdır.


QARABİBƏR-Bütün bədəni oyadır.Kişilərdə və qadınlarda cinsəl istəyi artırır.Sidikqovucu rolunu oynayır.Əsəbləri sakitləşdirir.Qanazliğına kömək edir.
VANİLYA (VANİL)-Cinsəl istəyi artırır.Depresyona komək edir.Bədəni,əsəbləri gücləndirir
ADAÇAYI-Hamilə qalmaqda böyük kömək edir.1stəkan suya 1 paçka adaçayı qoyub dəmləyirik.Ürəyə hamilə qalmağa kömək edir.Tez tez içildiyində bədəni gücləndirir.
MIXƏK-Hamilə qalmağa böyük kömək edir.Hər gün yeməkdən sonra yeyilən bir mixək hormonları işlədir.Normal doğuş edəcək qadın doğmağa bir ay qalmış 1stəkan suya 1 mixək atib 5 deqiqə demleməlidir.Bu daha asan doğmağına kömək edəcəkdir.


Tarix: 06.12.2012 / 11:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1970 Bölmə: Cinsi Münasibətlər