Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QİÇS nədir?

QİÇS nədir?

QİÇS - Qazanılmış İmmun çatışmazlığı Sindromu deməkdir. İİV-ə yoluxmuş insanlarda müdafiə (immun) sistemi zəiflədiyinə görə onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.
Virus daşıyıcısı tamamilə sağlam görünə bilər.

QİÇS-ə yoluxmuş insan yoluxduğundan xəbərsiz ola bilər.

Müasir müalicə tam sağalma vermir və xəstəlik ölüm ilə nəticələnir.

Hansıl yolla keçir
İV-ə yoluxmuş şəxslə prezervativsiz (kondomsuz) cinsi əlaqə zamanı.

İİV-ə yoluxmuş şəxslə istifadə olunmuş şpris və iynələrdən narkotik və müxtəlif iynə şəklində olan dərmanların yeridilməsi zamanı.

İİV-ə şəxsin qanı ilə təmasda olmuş tibbi alətlərin istifadəsi zamanı (qadın, diş və s. həkimlərin müayinəsi).

Gözəllik salonları və bərbərxanalarda İİV-ə yoluxmuş şəxsin qanı ilə təmasda olmuş kəsici alətlərin istifadəsi zamanı (manikür, tatuaj, qulaq deşmə, üz qırxma və s.).

İİV-ə yoluxmuş anadan uşağa hamiləlik, doğuş və ana südü ilə qidalanma zamanı.

QİÇS Semptomları
Çəkinin izah olunmayan itirilməsi.

Uzun müddətli ishal.

Səbəbsiz və xroniki kandidoz (göbələk) xəstəliyi.

Boyunda və ya qoltuqaltı batıqlarda vəzilərin böyüməsi və ağrı verməsi.

Bir aydan çox sürən öskürək.

Uzun müddətli subfebril (37) qızdırma.

Xəstəlik zamanı virus immun hüceyrələrini dağıdaraq, insanın immun sistemini, yəni infeksiyalara müqavimətini heçə endirir. Beləliklə, insan adi bir infeksiyadan vəfat edir.


Tarix: 19.11.2013 / 02:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 296 Bölmə: Cinsel Problemler
loading...