Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alkoqolun seksuallığa təsiri

Alkoqolun seksuallığa təsiri haqqında o qədər çox müsbət fikirlər var ki, hətta bu qəribə də olsa, həkimlər də bəzən belə “məsləhət” verirlər. Bəs bu məsələyə həqiqətən hansı qiyməti vermək olar?

Alkoqol birinci növbədə kişinin psixikasına təsir edərək onun xasiyyətindəki qətiyyətsizliyi, utancaqlığı, qorxunu, daxili həyəcanı aradan qaldıraraq normal cinsi əlaqəyə şərait yaradır.


Lakin göstərmək lazımdır ki, bu hal müvəqqətidir, çünki insan orqanizmi tədricən alkoqolun kiçik dozalarına adət edir və getdikcə onun miqdarını artırmaq lazım gəlir. Beləliklə, həmin şəxsdə cinsi əlaqəni idarə edən sistemi tamamilə pozan alkoqolizm yaranır. Bu isə cinsi qabiliyyətsizliyin bədxassəli formasının yaranmasına səbəb olur.

Alkoqol sərxoşluğunda mümkün olan müvəffəqiyyətli cinsi, əlaqə insanın psixologiyasında “alkoqol-müvəffəqiyyətli cinsi əlaqə” patoloji refleksi yaradır ki, bu da həmin şəxsin gələcəkdə davranışını formalaşdırır.

Məlumdur ki, xroniki alkoqolizmə düçar olmuş şəxslər bir qayda olaraq onlarda cinsi əlaqə qabiliyyətinin olmamasından şikayətlənirlər. Bəzi xroniki alkoqoliklərdə belə yanlış təsəvvür yaranıb ki, alkoqolizmdən müalicə olunmaq mütləq impotentlik əmələ gətirir. Bu, həqiqətdirmi? Əlbəttə, alkoqolizmdən müalicə “alkoqol-müvəffəqiyyətli cinsi əlaqə” sistemini pozur, yenidən özünə inamsızlıq, cinsi əlaqədə uğursuzluq qorxusu və s. psixoloji vəziyyətlər yaranaraq normal cinsi əlaqəyə imkan vermir. Bu zaman vaxtında aparılan psixoterapevtik müalicə cinsi zəifliyi aradan qaldırır. Göründüyü kimi alkoqolizmdən müalicənin meydana çıxmış cinsi zəifliklə heç bir əlaqəsi yoxdur.

Kişidə eyakulyasiyanın vaxtından əvvəl baş verməsinin qarşısını almaq və cinsi əlaqənin müddətini uzatmaQ məqsədilə alkoqol qəbulu da pis nəticə verir. Çox təəssüf ki, kişini bu işə qadınlar da təhrik edirlər. halbuki, cinsi əlaqə aktının müddətini uzatmaq üçün müxtəlif üsullar və hətta dərman preparatları da vardır. Özü də alkoqolsuz.
Əgər birinci cinsi əlaqədən əvvəl gəncdə özünə qarşı yaranmış şübhə cinsi əlaqə zamanı təsdiq olunmursa və bu intim əlaqə uğurlu keçirsə, bundan sonra seksual problemlər onu narahat etmir, başqa həyati problemlər ön plana keçir. Birinci cinsi əlaqə uğursuz olduqda bu növbəti cinsi əlaqə aylar və bəzən illərlə təxirə salınır. Birinci uğursuzluqdan 17 il sonra

təkrar cinsi əlaqəyə cürət edən şəxs haqqında xüsusi ədəbiyyatda bəhs olunmuşdur.
Belə uğursuzluqlar nə qədər çox və ya hətta bir uğursuzluqdan əmələ gələn psixi zədə nə qədər güclü olarsa uğursuzluq gözləmə nevrozu o qədər asanlıqla formalaşar. Özünə inamsızlıq, bununla əlaqədar narahatlıq, buna münasibətinin və məsələnin yayılıb başqalarına da məlum olacağı qorxusu, gələcəyə ümidsizlik elə bir daxili vəziyyət yaradır ki, sonrakı təşəbbüslər də uğursuz edir. Yalnız qadın tərəfindən də yüksək qiymətləndirilən bir neçə uğurlu cinsi əlaqə aktı bu vəziyyətə son qoyur. Bu zaman müvəffəqiyyət ər-arvadın yekdil hərəkətlərindən, onların istək və arzularının mütənasibliyindən, cinsi yaxınlığı süni dərəcədə istəmələrindən və tərəflərdən birinin müqabil tərəfdə baş verə biləcək həyəcan, təşviş, qorxu hisslərini aradan qaldıra bilməsindən asılıdır. hətta cinsi əlaqə təcrübəsi olmayan və birinci intim yaxınlığın uğurlu keçməsinin kişi üçün nə qədər vacib olduğunu bilməyən, amma ərini həddən çox sevən gənc qadın təbii qadın intuisiyası ilə buna qabildir.
Aydındır ki, yalnız öz xoş hissləri ilə yaşayan qadın, cinsi əlaqənin nəticəsinin kişi üçün nə dərəcədə əhəmiyyətli olduğunu fikirləşməyəcək və ona heç bir əhəmiyyət də verməyəcək. İntim yaxınlığın uğursuz olması kişilər üçün özlüyündə psixoloji travmadır, lakin üstəlik bu məsələ intim əlaqənin nəticəsindən narazı qalan qadın tərəfindən mənfi şəkildə qiymətləndirilərsə, kişinin psixi vəziyyətini təsəvvür etmək olduqca çətindir.
Kişilərin əksəriyyəti çox vaxt nə yaşlan və nə də sağlamlıqları ilə hesablaşmadan özlərinin cinsiyyət sferasına aşağıdakı tələbləri qoyurlar: intim şəraitdə cinsiyyət üzvünün ersksiyası o dəqiqə və ya kişinin arzusuna müvafiq baş verməlidir; cinsi əlaqə aktının müddəti də həmçinin kişinin istəyinə görə olmalıdır; azacıq sonra təkrar cinsi əlaqə mümkün olmalıdır. Bu tələblər hələ gənc yaşlarında oxunmuş “əsl” kişi qabiliyyətini tərifləyən yarımleqal məlumatlardan gəlir. Lakin

belə ədəbiyyat kişinin istək və arzuları ilə əlaqədar olan yaşla, sağlamlıqla cinsiyyət qabiliyyətini, imkanlarını nəzərə almır.
Gənc yaşlarında psixikanın müxtəlif erotik qıcıqlara qarşı çox həssas olması yüksək seksuallığa və bunun nəticəsində də onu pollyusiyalar və ya masturbasiya (onanizm) aktına vadar edir. Sonra bu dövr, nisbətən tək-tük, amma intensiv cinsi əlaqələrlə əvəz olunur.
Adındır ki, bununla əlaqədar olaraq imkan yarandıqda gənc özünü müsbət emosiya ilə doyuzdurmağa və bu məqsədlə az müddətdə mümkün qədər çoxsaylı seksual əlaqə ilə özündə toplanmış enerjini sərf etməyə çalışır. Çox vaxt bu mümkün olur. Burada uzun müddət ara verilmiş cinsi əlaqədən sonra ölə düşən imkan, hisslərin yeniliyi, cinsi əlaqə nəticəsindən gələcək üçün də Özünü “doyuzdumraq” və s. müəyyən rol oynayır.
Gəncliyin hiperseksuallıq dövründə cinsi həyata başlamış şəxslərin əksəriyyəti gün ərzində cinsi əlaqə aktlarını cinsilərlə təkrar edə bildiklərini qeyd edirlər. Bir gündə eyakulyasiya ilə qurtaran təkrar cinsi əlaqə aktları seksologiya elmində seksual ekeses adlanır. Kyakulyasiyanın maksimal sayı isə müxtəlif ola bilər.

Burada çox vacib bir faktı qeyd etmək lazımdır: kişinin həyatında yalnız çox qısamüddətli bir dövr var ki, bu zaman onun seksual imkanı öz tələbinə maksimal dərəcədə yaxındır. Belə seksual aktivlik sonra da, məsələn, bal ayında, arvadı ilə uzun sürən aynlıqdan sonra ola bilər; amma özünü əvvəlki kimi qabarıq göstərə bilməyən bu hal heç də hər kişi üçün mümkün olmur.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 306 Bölmə: Cinsel Bilgiler
loading...