beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzərinə edam vərəqələri deyil, sənə olan sonsuz heyranlığımı sərəcəm ölsən əgər qəlbimdə...

ir qadın düşündüm...hüzünə qərq olmuş ala gözləri...küləyin üzünə tökdüyü tünd xına rəngli saçları...incə beli,zərif əlləri...heç kimin duya bilmədiyi qədər tənha,hər kəsin anlamayacağı qədər qürurlu...kişilərin həsrətlə izlədiyi,bəzəksiz,baxımsız...amma çox gözəl bir qadın... içində fırtınalar qopan susqun,sözlərlə deyil gözləri ilə danışan,illərin yorğunluğu üzərinə çökməsinə rəğmən dimdik duran bir qadın...Baxışları Sophia Loren....gülüşü Adelina...

Bir xəyanət düşündüm...qırıq mərmərdən ürəyi...edam vərəqəsinə bükülmüş vicdanı...
Naləsi qulaqlarımı kar edən,sevgisi gözlərimi kor edən xəyanət...ürəyimi kövrəldən bir sevgi...tarix oxuyan şagirdin əsrlər öncə yaşamış bir şaha vurulması qədər qəribə və saf bir sevgi...və ya xəyanət...
Ey böyük hökümdar, böyük şair...müharibələrində minlərlə insan şəhid olmuş,şeirlərini milyonlarla insan həvəslə oxumuş...Sənin dövründə sənin yanında qul olmağa belə razi ikən...sənə olan gücsüz sevgimi heç kimlə bölüşməyəcək qədər insafsızam bilirəm...donmuş hüceyrələrimdə rahat yatmayacam sənin şeirlərinin, döyüşlərinin,qələbələrinin inadına...Üzərinə edam vərəqələri deyil, sənə olan sonsuz heyranlığımı sərəcəm ölsən əgər qəlbimdə...
Bir kişi düşündüm...baxışları həsrət dolu...gözləri gözlərimin vətəni...sözləri böyük sevgi romanımın ilk misraları...hər sözü mənim üçün qanun olan bir kişi...qarşısında həyəcandan dilimin tutulacağı..ömrümün axırına qədər sevə biləcəyim ...hər gün evə qayıdışında sevinc hissiylə qarşılayacağım bir kişi...
Bir ölüm düşündüm...əsrlər öncə yaşanmış bir ölüm...hamının susqunluğla izlədiyi bir ölüm...
Qəbirlərində başdaşı olmayan bir qəbirstanlıq - Mənim ürəyim...ah ölüm...bir gün sən də öləcəksən qəlbimdə bilirəm...amma sənə başdaşı hazırladacam...üzərinə yaşadığın illəri yox, yaşamadığın illəri yazdıracam...məndən neçə yüzilliklər uzaqda olduğunu xatirlamaq üçün...Ey Şahi sultan!...Sənə son dəfə bunu söyləmək istərdim...Səni heç bir vaxt, heç bir zaman görməyəcək qədər şanssız...Sənə olan rəğbətimi hər gün içimdə böyüdəcək qədər vəfalıyam!


Tarix: 03.12.2014 / 18:51 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Burcler haqqinda çox şey