Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Papuri – Brilliant Dadaşova

Bulaq toz olar, üstü dolu qız olar
Əyil dəsmalın götür,
Mən götürsəm, söz olar.

Bu qala daşlı qala,
Çınqıllı, daşlı qala
Qorxuram “gəl” deyəsən
Gözlərim yaşlı qala

Əzizim olmayadı,
Saralıb solmayaydı,
Bir ayrılıq , bir ölüm,
Heç biri olmayaydı

Ay mən aşıq olmayaydım
Saralıb solmayaydım,
Bir ayrılıq , bir ölüm,
Heç biri olmayaydı

ll

Qonşumuzda 1 yar vardı
Gözəllikdə ilk bahardı
Anasından gizli balam
Söz verib, ağlatdı məni
Niyə balam?

Yar yaman ağlatdı məni
Məni,

Yaylığımı aldım ondan
Ayrılığı saldım onla
Dedim, gələr qaytararam
Gəlmədi, ağlatdı məni
Məni niyə balam…


Tarix: 22.01.2015 / 17:57 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Brilliant Dadaşova
loading...