Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyüdücü cihazlar

Bitkinin həyatını daha yaxşı başa düşmək üçün onun orqanları və daxili quruluşu ilə tanış olmaq lazımdır. Çiçəkli bitkilərin orqanlarını (kök , gövdə , yarpaq, çiçək , meyvə və toxum) adi gözlə görmək mümkündür.
Bitkilərin daxili quruluşunu öyrənməkdə bizə lupa (böyüdücü cihaz) kömək edir. Lupa iki tərəfdən qabarıq şüşədən ibarətdir. Lupadan istifadəni asanlaşdırmaq üçün böyüdücü şüşəni yanına dəstək bərkidilmiş çərçivənin içinə salırlar ( 10 ).
Lupadan istifadə edərkən, onun dəstəyindən tutub, baxılan əşyanı yaxşı görünə biləcək məsafəyə qədər yaxınlaşdırmaq lazımdır. Lupa baxılan əşyaları 2-25 dəfəyə qədər boyüdür.
Ən təkmilləşmiş böyüdücü cihaz - mikroskopdur. Mikroskop ilk dəfə XVII əsrdə hazırlanmışdır. 0 zamanlar üçün ən çox təkmilləşdirilmiş hesab edilən mikroskop hollandiyalı Antoni Van Levenhuk tərəfindən düzəldilmişdir. Onun mikroskopları cismi 270 dəfə böyüdürdü. Müasir işıq mikroskopları isə cismi 3600 dəfə boyüdür. Indi əşyanı on və yüz min dəfələrlə böyüdən elektron mikroskopları vardır.
Məktəblərdə istifadə edilən isıq mikroskopunun əsas hissəsi böyüdücü şüşələri olan baxış borusudur, ona tubus deyilir ( 10 ) Tubusun yuxarı hissəsində çərçivə və iki böyüdücü şüşədən ibarət okulyar vardır. Bu latınca "okulus" - göz sözündən götürülmüşdür. Cismə mikroskopla baxdıqda gözü okulyara yaxınlaşdırırlar. Tubusun aşağı ucunda bir neçə böyüdücü şüşəsi olan obyektiv yerləşir.mikroskopun quruluşu,mikroskop "Obyektiv" adı, latınca "obyektum" sözündən götürülmüşdür ki , bu da "əşya" deməkdir. Obyektiv baxılan cismə yönəldilir. Tubus, əşya kürsüsü, hərəkət etdirilən güzgü ştativə bərkidilmişdir. Tubusu vint vasitəsilə qaldırmaq, endirmək və maili vəziyyətdə saxlamaq mümkündür. Obyektiv və okulyarın böyütmə dərəcələri onların metal çərçivəsi üzərində yazılır. Mikroskopun böyütmə dərəcəsini bilmək üçün obyektiv və okulyar üzərində yazılan rəqəmləri bir-birinə vurmaq lazımdır. Alınan rəqəm mikroskopun böyütmə dərəcəsini göstərir.
Lupa və mikroskopla bitkilərin bütün orqanlarına baxmaq olar. Bunun üçün kökün, gövdanin, yarpağın, çiçəyin iti ülgüclə kəsilmiş nazik kəsiyini götürmək lazımdır. Həmin kəsiyi əşya şüşəsi üzərindəki bir damcı suya salıb üstünü nazik örtük şüşəsi ilə ortürlər. Bu vaxt preparat mikroskopda baxmaq üçün hazır olur.
Mikroskopla işığı özündən buraxan çox nazik əşyalara baxmaq olar. Baxılmaq üçün hazırlanan belə əşyalar preparat adlanır. Mikroskopla baxılmaq üçün əvvəlcə bitkidən lazımi preparatlar hazırlanmalıdır. Soğan dəriciyi preparatının hazırlanması bir qədər asandır. Bunun üçün təmiz yuyulub, silinmiş əşya şüşəsi üzərinə soğanın nazik dəriciyindən kəsib qoyurlar. Sonra pipetka ilə onun üzərinə 1-2 damcı su töküb, iynənin ucu ilə pədəni düzəldirlər. Yaxşı gorunmakdan ötrü pərdənin üzərinə 1-2 damcı zəif yod məhlulu da tökmək olar. Sonra pərdənin tərpənməməsi üçün onun üzərini örtücü şüşə ilə örtürlər. Çalışmaq lazımdır ki, örtücü süşənin üst səthi quru olsun. Deməli, mikroskopda baxılacaq soğan pərdəsi preparatı hazırdır. preparatın hazırlanmasıIndi onu mikroskopun əşya kürsüsünün üstündə elə yerləşdirmək lazımdır ki, əşya şüşəsinin soğan pərdəsi olan hissəsi kürsüdəki deşiyin tam üzərinə düşsün. Preparatı güzgü ilə işıqlandırıb, vintlərin köməyilə yaxşı görülə bilən məsafəyə qədər yaxınlaşdırmaq lazımdır. Üzərində preparat olan əşya şüşəsi iki sıxac vasitəsilə kürsüyə bərkidilir. İş qurtardıqdan sonra mikroskopu qabına qoymaq lazımdır.


Tarix: 08.12.2014 / 15:39 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Biologiya
loading...