Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli Kərimov (balabançı)

Kərimov Əli Zülfüqar oğlu – balaban ustadı, zurnaçı[3].

Həyatı

1874-cü ildə[1] Ağsu rayonunda anadan olmuşdur.

Yastı balaban ustadı olmaqla yanaşı gözəl saz, tar, kamança, nağara, Qoşa nağara da çalmışdır. "Koroğlu nağarası"nın müəllifi olan Əli Kərimov 60-a yaxın yeni mahnı bəstələyib ifa edib.

Əli Kərimov zurna, balaban, tütək kimi nəfəsli alətlərdə çox böyük sənətkarlıqla çalmağı bacarıb, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. İlk dəfə olaraq o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib. Yaqut Bahadurqızının sözlərinə görə Əli Kərimov təkcə çalğıçı yox, həm də onlarla mahnının yaradıcısı, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub[1].

2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə araşdırmaçı Qalib Soltanoğlunun "Asta çal balabanı: Kalvalı Əli Dədə" kitabı işıq üzü görüb. 2009-cu il noyabrın 25-də Ağsu şəhər Mədəniyyət Sarayında çağdaş Azərbaycan zurna-balaban məktəbinin yaradıcısı Əli Kərimovun 135 illiyinə həsr olunmuş tədbir keçirilib[1].

2009-cu ildə Əli Kərimovun ifa elədiyi oyun havalardan ibarət disk buraxılıb. Diskdə 2 el havası – "Tərəkəmə" və "Uzundərə" mahnıları yer alır. Əli Kərimovun mahnıları Azərbaycan Milli Radiosunun "Qızıl fondu"nda və Dövlət Səs Yazıları Arxivində qorunur[


Tarix: 29.01.2013 / 14:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 301 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...