Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tükəzban İsmayılova

Tükəzban İsmayılova (21 dekabr, 1923 - 24 mart, 2008) - Müğənni. Azərbaycan Respublikasının xalq artisti (1993).Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordeni laureatıMündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Həmçinin bax
4 Mənbə


Həyatı

İSMAYILOVA Tükəzban Məhərrəm qızı 21.12.1923 tarixdə, Bakıda anadan olmuşdur.

1942-ci ildə Bakı Musiqi Texnikumunu bitirmişdir. O, İkinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər vermişdir.T.İsmayılova Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan radiosu xorunun solisti olmuşdur.

Yaradıcılığı

Azərb. Dövlət Filarmoniyasının (1939-46, 1949-78), Azərb. Radio Verilişləri Komitəsi xorunun solisti (1946-49) olmuşdur. 1978 ildən Azərb. Dövlət Qastrol-Konsert Birliyinin solistidir. Repertuarında muğam, təsnif, xalq mahnıları ("Kürdün gözəli", "Yeri, dam üstə yeri", "Qarabağ şikəstəsi", "Qaragöz" və s.) və Azərb. bəstəkarlarının mahnıları əsas yer tutur. Pedaqoji fəaliyyət göstərir. Xarici ölkələrdə (Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair və s.) qastrolda olmuşdur. Azərb.-ın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Onun repertuarında Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları ("Kürdün gözəli", "Qaragöz" və s.) xüsusi yer tutmuş, muğamları ("Qatar", "Heyratı", "Şahnaz", "Segah") məharətlə ifa etmişdir. Tükəzban xanım uzun səhnə fəaliyyətini böyük məhəbbətlə sevdiyi, adətən, onu tarda müşaiyət edən Respublikanın xalq artisti Həbib Bayramovun ölümündən sonra dayandırmışdır. O, 1985-ci ildən İncəsənət gimnaziyasında muğam dərsi deyir. T.İsmayılova 1998-ci ildə Azərbaycan Respublikasının "Şöhrət ordeni" ilə təltif edilmişdir.

2008-ci il mart ayının 24-də Bakıda vəfat edib.


Tarix: 28.01.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 263 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...