Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şade Adu

Şade Adu (ing. Sade Adu (16 yanvar 1959)—İngilis bəstəkarı, müğənnisi, şairi.Mündəricat
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər


Həyatı

Şade Adu, Stüart Metyumen, Pol Spenser Deymen və Endryu Xeylin üzvlüyü ilə yaradılan qrup vokal xarakterli idi. Lakin, qrup musiqi dünyasında üzvlərinin birinin-Şadenin adıyla tanındı və beləcə də məşhurlaşdı.Qrupun üzvləri repertuarda soul, caz, ritm-n-blüz, fanka və soft-rok janrlarına üstünlük veriblər.

İlk debütünü 1984-cü ildə edən "Şade" hələ də dünyanın dinlənilən qruplarındandır. Debütdən bir il sonra, 1985-ci ildə "Diamond Life" adlı albom təkcə ABŞ-da 17 milyon, dünyada isə 50 milyon tirajla satıldı. Bu, qrupun məşhurluğunun ilk addımı oldu.

"Qremmy" mükafatı laureatı "Şade" bir neçə beynəlxalq mükafata da layiq görülüb.

Qrupun tərkibi belədir:

Şade Adu-Vokal, Stüart Metyumen-saksafon, gitara, Pol Spenser Deymen-bas, Endryu Xeylın-klaviş.

25 fevral 1984-cü ildə "Şade" öz birinci sinqlı olan "Your Love is King"-i Böyük Britaniyada təqdim etdi. "Diamond Life" albomunun debütündən sonra isə Birləşmiş Krallıq onların turnesinin şahidi oldu.

1986-cı ildə qrup nüfuzlu "American Music Awards" mükafatına "Ən yaxşı video və musiqi stili" nominasiyasında layiq görüldü.

1987-ci ildə isə "Promise" albomu "Qremmy"ni əldə etdi. Bir il sonra mayın 4-də "Şade" "Stronger Than Pride" adlı üçüncü albomunu sevənlərinə təqdim etdi. Şade Adu 1989-cu ildə "American Music Awards"-ı solo ifasına görə qazandı. 4-cü albom 1992-ci ildə Birləşmiş Krallıqda işıq üzü gördü. 2000-ci illərin də sevilən qrupları arasında yer alan "Şade"nin şəxsi veb –saytı ötən il meydana çıxdı. Bu, fanatlarla əlaqə yaratmaq üçün əla fürsət idi.

2011-ci ilin əvvəlində isə "Şade" növbəti albomunu çıxardı." Soldier of Love" adlı albom 12 yanvarda satışda göründü.


Tarix: 29.01.2013 / 14:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 253 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...