Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşar Fərmayıloğlu

Yaşar Fərmayıloğlu (d.04.09.1969, Gədəbəy.) – ifaçı və yaradıcı aşıq.Mündəricat
1 Həyatı
2 Mənbə
3 İstinadlar
4 Xarici keçidlər


Həyatı

Yaşar Fərmayıl oğlu Həsənov 4 sentyabr 1969-cu ildə Gədəbəy rayonunun Arıqıran kəndində müəllim ailəsində doğulub. O, ulu mənəvi sərvətimiz olan aşıq1ıq sənətinə hələ 5 yaşında ikən, Seyfəddin Xəliloğlunun həzin ifalarının təsiri ilə gəlib.

Yaşar Fərmayıloğlu orta təhsilini 1976-86-cı illərdə doğma Arqıranda alıb. Orta təhsil aldığı vaxt məktəbin bütün tədbirlərində sazla çıxışlar edib.

1987-89-cu illərdə hərbi xidmətdə olan Yaşar Fərmayıloğlu, hərbi xidməti bitirdikdən sonra aşıqlıq sənətini peşəkar düzeydə davam etdirib.

2008-ci ildə onun “Sarıtel laylası” adlı audio-kaset və diski işıq üzü görüb.

Yaşar Fərmayıloğlu hazırda Bakıda yaşayır və paytaxtda düzənlənən əksər aşıq tədbirlərində çıxış edir. Onun ən çox sevdiyi hava (və özünün “şah ifas”sı) “Sarıtel”dir.

Yaşar Fərmayıloğlu yaradıcı aşıqdır, Ailəlidir, iki oğul atasıdır.

Mənbə
İxtiyar Yolçuyev, “...Yaraları seçmişəm”, “Yeni nəsil Azərbaycan aşıqları – II” kitabı, "Turan evi", 2011-ci il, səh. 11-13.


Tarix: 29.01.2013 / 13:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 151 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...