Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalçın Adıgözəlov

Yalçın Vasif oğlu Adıgözəlov – Azərbaycan bəstəkarı, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 Mənbə


Həyatı

Yalçın Adıgözəlov 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Musiqi ilə məşğul olmağa atasının-tanınmış azərbaycan bəstəkarı Vasif Adıgözəlovun rəhbərliyi ilə başlamışdır.

Y.V.Adıgözəlov pianoçu kimi Bülbül adına orta-ixtisas məktəbini bitirərək, 1982-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano ixtisası üzrə professor Rauf Atakişiyevin sinfində təhsil almışdır.

1983-cü ildə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasına dirijorluq ixtisası üzrə daxil olmuşdur. 1984-1989-cü illərdə Leninqrad konservatoriyasında opera simfonik dirijorluğu ixtisası üzrə maestro İ.A. Musindən dərs almışdır.

Konservatoriyanın bitirdikdən sonra Bakı şəhərinə qayıtmış və Dövlət Filarmoniyası Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrində dirijor kimi çalışmağa başlandı.

1991-1992-ci illərdə Vyana musiqi akademiyasında professor Karl Esterrayxerin yanında təcrübə keçmişdir.

1991-ci ildən 1998-ci ilədək Yalçın Adıgözəlov Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. Bu kollektivlə həm doğma vətəndə, həm də müxtəlif ölkələrdə klassik simfonik və müasir bəstəkarların, xüsusilə də bakılı muəlliflərin əsərlərləri ilə geniş konsert fəaliyyəti göstərmiş dirijor qərb dinləyiciləri üçün kəşfə çevrilmişdir.

2001-ci ildən maestro Adıgözəlov böyük opera teatrlarından biri olan İstanbul opera və balet teatrının dirijorudur.

Yalçın Adıgözəlov bir çox aparıcı Rusiya Milli Orkestri, Çaykovski ad. Böyük Simfonik orkestri, Sankt-Peterburq filarmoniyasının orkestri, ABŞ, İspaniya, Avstriya, Belçika, Rumıniya və bir çox aparıcı simfonik orkestrlərlə əməkdaşlıq etmişdir. Dirijor M. Rostropoviç, N. Petrov, S. Stadler, İ. Moniqetti kimi çox tanınmış musiqiçilərlə çıxış etmişdir.

1997-ci ildən pedaqoji fəaliyyəti ilə məşğul olmuş, Bakı Musiqi Akademiyasının dosentidir.

2000-ci ildən Yalçın Adıgözəlov Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professorudur. Azərbaycan və P.İ. Çaykovski ad. Böyük simfonik orkestrləri ilə birgə dirijor ABŞ, Rusiya, İngiltərə və Türkiyədə buraxılmış səkkiz kompakt-disk yazdırmışdır.

Həmin illər ərzində sərbəst dirijor kimi Bakıda, Türkiyədə, Moskvada çıxış edir. 2004-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vasif Adıgözəlovun "Natəvan" operasının musiqi rəhbəri və dirijor olmuşdur. Mütamadi olaraq konsertlərlə çıxış edir.

9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya
Biz qayıdacağıq (film, 2007)


Tarix: 29.01.2013 / 13:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 209 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...