Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uran (qrup)

2002-ci ilin yanvarın 20-də Emo adlı yeni başlayan reperin təşəbbüsü ilə qrup yığılır. 3 mc Mr Ib, onun kursant dostu Nicks ve Emo, qrupun beatmakeri CeyhunN idi. Qrup "Uran" adlandırılır. Qrup CeyhunN və Mc Rein-in JFM adlı Homestudiosunda formalaşır və ilk treki burda yazırlar ("Baş ağrıları" Sözlər:Mr.Ib, minus CeyhunN). 2003 15 mart: Emo qrupu tərk edir.
2003, 5 oktyabr: Mr Ib Caspian Clan'la tanış olur. Klanla onu Caspian Clanın üzvü Əli tanış edir.
2003 ,12 oktyabr: Mr.Ib plagiat minus altında özünün ilk solo trekini yazdırır. (S.V.D.M) yazılma Caspian Clan Records'da olur.
2003, 16 oktyabr: Uran grupunun "Millətçi" adlı treki ilk dəfə radioda səslənir.Trek 2 ci səslənmədən sonra top 10 da 9 yeri tutur (101 fm - Ya Bizimkilər).
2003, 21 noyabr: Uran qrupu partidə ilk çıxışını edir. Mr Ib öz freestyle bacarığını ilk dəfə 4 mc-ə qarşı (Sirius, Nadir, Cin, Qara Mehdi) göstərir. (Uranı hələ indiyə kimi freestyle'de heç kim məğlub edə bilməyib)
2003, 21 dekabr: MSB klan "Ozan" barında ilk partisini keçirir:(30 nəfər tamaşaçı) Partydə Uran və Drugs qruplarından başqa Dələduzlar və Təkbətək qrupları və Titan adll namelum bir roker çıxış edir.


Tarix: 28.01.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 227 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...