Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Teymur Mirzəyev

Müğənni. Ansambl rəhbəri.

Həyatı

T.Mirzəyev 1936-cı ildə Ağdamda anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirmişdir. O, 1961-ci ildə "Qaya" Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olmuşdur. Ümumittifaq və Beynəlxalq müsabiqələr laureatı "Qaya" ansamblı SSRİ məkanında və bir çox xarici dövlətlərdə tanınmış kollektivlərdən biri idi. Bu kollektiv 1964-cü ildə Moskvada keçirilən Ümumdünya estrada müsabiqəsinin laureat adını qazanmışdır (I yer). T.Mirzəyev müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdən biridir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı ansamblın çıxışları geniş dinləyici kütləsinə tanıdıb sevdirə bilmişdir. Kollektivin böyük məharətlə ifa etdiyi əsərlər musiqi mədəniyyətimizdə xüsusi yer tutan bu gözəl sənət nümunələrini dinləyənlərin yaddaşına həkk olunmuşdur. Estrada ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan T.Mirzəyev kollektivin bədii rəhbəri kimi eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da inkişaf etdirmişdir. Kollektivlə birgə gözəl sənətkar milli mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində - Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Afrikada, Çexoslovakiyada, İsraildə, Kanadada, Gürcüstanda, Ukraynada məharətlə təqdim etməklə, onu ayrı-ayrı xalqların nümayəndələrinə sevdirə bilmiş və musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərmişdir. O, eyni zamanda təcrübəli bir sənətkar kimi öz qayğısını gənclərdən əsirgəməmişdir. Klassik estrada, caz ifaçılığı məktəbinin yüksək ənənələri əsasında T.Mirzəyev bütün səy və bacarığını istedadlı ifaçıların yeni nəslinin yetişdirilməsinə sərf etmişdir. Azərbaycan, rus, Qərbi-Avropa bəstəkarlarının əsərlərini və müxtəlif ölkələrin xalq mahnılarını yeni üslubda ifa etməklə az bir zamanda populyarlıq qazanmışdır.

T.Mirzəyev 1976-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1996-cı ildə Xalq Artisti Fəxri adlarına layiq görülmüşdür.

Filmoqrafiya
Ürək... Ürək... (film, 1976)


Tarix: 28.01.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 187 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...