Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Selin Dion

Selin Dion (fr. Céline Marie Claudette Dion; 30 mart 1968) – Kanadalı pop müğənni.

1988-ci ildə Avroviziya Mahnı Müsabiqədə qalib gəldi.

Həyatı

Kvebekdə böyük bir ailədə dünyaya göz açan Selin Dion, musiqi tarixindəki ən müvəffəqiyyətli qadın müğənnilərdən biri hesab olunur. O, 2004-cü ildə 175 milyon musiqi albomu satmaqla tarixdə ən çox satmış qadın sənətkara çevrildiyinə göre başda Dünya Musiqi Mükafatı olmaqla bir neçə mükafat qazandı.

Selin, musiqiyə çox cavan ikən başladı. Bu müddətdə o meneceri və gələcəkdə əri olacaq Rene Engelil ilə tanış oldu və onun sayəsində ilk albomunu çıxartdı. 80-ci illərin əvvəlində Yamaha Dünya Populyar Mahnı Festivali və 1988 İsveçrəni təmsilən qatıldığı Eurovision Mahnı Müsabiqəsi qalibi olduqdan sonra Fransız-dilli dünyada məşhurluq qazanır və Fransız dilində albomlar çıxarmağa başlayır. Bir müddət sonra Selin ingilis dilində albomlar çıxarmağa başlayır və bunların bir neçəsi tarixdə ən çox satılmış albomlar arasında yer almaqdadır. Selin Dion həmçinin filmlər üçün yazılmış bir neçə populyar mahnını da ifa etmişdir. Nümünə olaraq "Up, Close & Personal" filmində istifadə olunan "Because You Loved Me" (Falling into You albomundan) və "Titanik" filmi üçün yazılmış "My Heart Will Go On" (Let’s Talk About Love albomundan). Selin, 1998-də həmçinin bir Milad mövzülü albom satışa çıxardı. "These Are Special Times" adlanan albomda o bir neçə məşhur Milad mahnılarından əlavə original mahnılar da ifa etdi. 1998-də yoldaşı xərçəng xəstəliyinə tutulan yoldaşından ötəri öz kariyerasına ara verdi ama 2002-də "A New Day Has Come" adlanan albomu ilə qayıtdı. Onun bügünə qədər Lusiano Pavarotti gibi bir çox böyük insanlarla duetləri baş tutub. Musiqidəki tövhələrinə görə Kanada Orderi və Kvebek Milli Orderi ilə təltif olunub. Hollywood məşhurlar bulvarında bir ulduzu da var və ən çox Juno mükafatı qazanmış qadın müğənnidir. Kanadanın ən müvəfəqiyyətli qadın müğənnisi hesab olunan Selin Dion, Kanadanın ən müvəfəqiyyətli kişi müğənnisi Brayan Adams ilə də bir neçə dəfə işləyib. 1983-də bir festivalda Brayanın "Let Him Know" mahnısının oxuyan Selin üçün Adams "Let’s Talk About Love" və "Another Year Has Gone By" (Devid Lettermanın proqramında duet kimi ifa etdilər) mahnılarını yazıb. İkisi 2000-ci ildə Millenium Konsertində bir araya gəldilər və Selin Adams ilə Brayanın bir neçə megahitini birlikdə oxudular. 1996 Oskar seremoniyasında Adamsın başqa bir mahnısı olan "I Finally Found Someone" mahnısınıda Dion ifa etdi. Selin bir neçə filmə də çekilmişdir.

Selin Dion öz konsertlərində öz mahnılarından başqa özünün ən sevdiyi mahnılarıda ifa edir. Məsələn 2007 İngiltərə konsertində o Freddi Merkurini andı və onun iki mahnısını ifa etdi. Bunlar "We Will Rock You" və "The Show Must Go On" idi. Bundan əlavə öz sevdiyi müğənnilərin məsələn Elton Con və ya Tina Turnerin mahnılarınıda bəzən ifa edir. O Maykl Ceksonun bir neçə superqrup şəklində olan mahnılarındada vokalistlik etmişdir. Cey Lenonun proqramında o İngilis aktyor Xyu Qrantın ən sevdiyi aktyorlardan biri olduğunu qeyd etdi və xüsüsən Qrantın "Göy Göz Mikki" adlanan mafya-komediyasını bəyəndiyi qeyd etdi.

O, 5 Qremmi mükafatı, 12 Dünya Musiqi Mükafatı, 7 Amerika Musiqi Mükafatı, 7 Billboard Musiqi Mukafatı, 21 Juno Mükafatı və 39 Felix Mükafatı qazanmışdır. Onun mahnıları 2 Oskar və 3 Qızıl Qlobusa layiq görülmüşdür. Cove jurnalına göre o dünyadakı ən yaxşı 100 pop ifaçısından biridir. MTV və Blenderin sorğusunda Selin dünyadakı ən yaxşı 5 səsdən biri seçilmişdir. Selinin bir oğlu var və katolikdir. O, bir çox xeyriyyə işlərinə də əl atır. Belə ki QİÇS, uşaqlar, müharibə, təhsil, sülh bunlardan bir neçəsidir. Selin Dionun adı həmçinin irqçiliyə qarşı olan müğənnilar arasında çəkilir. O, əsasən pop stilində mahnılar ifa etsə də rok, R&B, soul, caz, blyuz və klassik stillərdən də çox istifadə edir.


Tarix: 27.01.2013 / 15:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 552 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...