Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oqtay Rəcəbov

Bəstəkar. Kino bəstəkarı. Musiqi redaktoru. Musiqilərindən istifadə eilən bəstəkar. Filmlərdə iştirak edən.

Həyatı

1941-ci il aprelin 5-də anadan olub. Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1982) Pedaqoji elmlər namizədi (1985) Azərbaycan Respublikasının əməkdar müəllimi (1987) Pedaqoji elmlər doktoru (1992), professor (1995)

ƏSƏRLƏRİ: "Göyçək Fatma"-cizgi film-opera (Azərbaycan xalq nağılı əsasında) (1992); "Xeyir və Şər" uşaq operası (N.Gəncəvinin əsəri əsasında) (1994); 4 saylı Simfoniya (1997); Simli orkestr üçün 5 saylı Simfoniya (1998); "Əlin cibində olsun" Musiqili komediyası (libretto – A.Babayev) (2001) Bədii filmlərə musiqi: "Ağ atlı oğlan" (1995), "Vüsal günləri" teleserialı (Tehran) (1998). Məqalə və kitablar: Musiqi və mənəvi tərbiyə. Monoqrafiya. B., "Maarif", 1995; "Musiqi" – I sinif üçün dərslik (rus dil.), B., "Maarif", 1998; "Musiqi" – II sinif üçün dərslik (rus dil.), B., "Maarif", 1998; Dahilik fenomeni haqqında nə bilirik. "Musiqi dünyası" jurnalı, № 1, 1999.

Filmoqrafiya
Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)
Azərbaycan SSR (film, 1973)
Cavad Heyət varlığı (film, 2001)
Göyçək Fatma (film, 1988)
Hər şey yaxşılığa doğru (film, 1997)
Həsən Əbluc (film, 1999)
Humayın yuxusu (film, 1985)
Kəndimizin qəhrəmanı (film, 1971)
Qız, oğlan və şir (film, 1974)
Tərsinə çevrilən dünya (2011)
Sehrlənmiş küpə (film, 1979)
Səndən xəbərsiz (film, 1985)
Sonrakı peşmançılıq (film, 1978)
Surxay Əsgərov. Sehrli səs. Videoalbom (film, 1998)
Şah və xidmətçi (film, 1976)
Şahzadə-qara qızıl (film, 1974)
Toplan və kölgəsi (film, 1977)
Üç görüş


Tarix: 27.01.2013 / 15:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 424 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...