Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nikkolo Paqanini

Nikkolo Paqanini (italyanca Niccolò Paganini: 27 oktyabr 1782-27 may 1840) – italyan bəstəkar, bütün dövrlərin ən mahir skripka ifaçılarından biri. Baxmayaraq ki, onun yaşadığı XIX əsr bir neçə dahi skirpkaçının şahidi olmuşdu, Paqaninin ustalığı həmkarlarının ustalığını üstələyirdi. Müasirləri onun bu istedadını qəlbini Şeytana satması müqabilində aldığı haqqında şayələr yayırdılar.

Həyatı

Paqaninin atası boş vaxtlarında mandalinada çalmağı sevirdi. Aləti əlinə alan kimi arvadı qulaqlarını tutub evdən qaçardı ki, mandalinanın monoton donquldanmasını eşitməsin. 4 yaşlı Nikkolo atasının səhvlərini tapıb: "Ata, sən bu yerində xaric çalırsan..." deyərək atasına necə çalmağın yolunu həmən göstərə bilmişdi.[1]

Paqanini artıq altı yaşında skripkada sərbəst ifa edirdi. Doqquz yaşı olanda o Genuyada ilk konsertini verir. Bu illərdə skripka üçün bir neçə əsər də yazır. Lakin yazdığı əsərlər o dərəcədə mürrəkkəb idi ki, onları özündən başqa heç bir skripkaçı ifa edə bilmirdi.

1797-ci ilin əvvələrində atası ilə birgə Lombardiyaya özünün ilk konsert səyahətinə çıxır. Bu konsertlərdə nümayiş etdirdiyi qeyri-adi istedad tezliklə ona böyük uğur qazandırır. Gənc, lakin artıq dahi musiqiçi atasının "nəzarətindən" çıxır və olduqca çılğın həyat tərzi sürməyə başlayır. Bu davranışı qısa müddətdə həm onun sağlamlığına, həm də ad-sanına zərər yetirir. Bununla yanaşı gənc dühanın istedadı ətrafında böyük qısqanclıqlar da doğurur. Paxıllığını çəkənlər hər vəchlə onun artmaqda olan nüfuzunu gözdən salmağa çalışırlar. Lakin ilahi istedadı qarşısında olduqca primitiv görünən bu cəhdlər onun Almaniyada, Fransa və İngiltərədə verdiyi dünya şöhrətli konsertlərinə mane ola bilmir. Hətta Paqaniniyə Almaniya səfərində almanlar baron titulu da bəxş edirlər. Vyanada isə heç bir musiqiçinin nüfuzu Paqaninin nüfuzu ilə ayaqlaşa bilmir. Sənəti ilə bu gün üçün böyük görünə bilməyən qonorarı, ona ölümündən sonra bir neçə milyon frank miras qoymasına imkanı verir.

Paqanini 1840-cı ilin 25 mayında Fransanın Nitsa şəhərində vəfat edir.


Tarix: 27.01.2013 / 14:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 297 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...