Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kənan Doğulu

Kənan Doğulu (31 may 1974, İstanbul) — Türkiyə müğənnisi.

Həyatı

5 yaşından bu sənətə bağlanan musiqiçinin istəyinin belə erkən yaranması ona atası Yurdaər Doğulu dan keçib. Hazırda məşhur musiqiçilər sırasında adı hallanan Kənanın atası oğlunu da bu istiqamətdə savadlandıra bilib. Hazırda oxumaqla yanaşı, piano, gitara və fleyta kimi alətlərdə çalmağı bacaran Kənan Doğulu həm də xaricdə təhsil alıb.

Orta musiqi məktəbini bitirdikdən sonra öz istəyi ilə Amerikada peşəkar musiqi dərsləri alıb. Daha sonra o, təhsilini İstanbul Dövlət Universitetinin musiqi bölməsində davam etdirib.

Əksər çıxışlarında özünü müşayiət edən müğənninin adı bu illər ərzində ən çox albom çıxaran sənətçilər sırasında hallanır. Onun ilk albomu 1993-cü ildə "Yaparım, bilirsin" adı ilə işıq üzü görüb. Yüksək tirajlı toplunun işıq sürəti ilə satıldığını görən müğənni növbəti ildə "Sımsıkı" albomu və bunun ardınca 8 müxtəlif adda toplusunu satışa çıxarıb.

Üç ildir şəxsi səsyazma studiyasını açan türkiyəli sənətçi bunu "Dogulu production" adlandırıb. Kənanın ailə üzvlərindən olan qardaşı Ozan Doğulu şirkətdə çalışmaqla yanaşı, bir çox müğənnilərin orkestrinə rəhbərlik edir.

Finlandiyanın paytaxtı Helsinki-də keçirilən 2007 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edib.

Albomları

Yaparım Bilirsin

Sımsıkı Sıkı Sıkı

Kenan Doğulu 3

Kenan Doğulu 3.5

Ben Senin Herşeyinim

EX Aşkım

Kenan Doğulu 5.5

Demedi Deme

Festival

Patron


Tarix: 26.01.2013 / 13:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 241 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...