Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dj Sinedd

Dj Sinedd (əsil adı Craig Ryan, d. 9 fevral 1993, Dallas şəhəri, Texas ştatı, ABŞ) - ABŞ və Xorvatiyada yaşayan azərbaycan əsilli didjey, 3 dəfə "Croatia Music Awards" mükafatının qalibi. Karyerası boyunca 4 albom yazıb və bu albomlar günümüzə qədər 195 min nüsxə ilə satılıb. Dj Sinedd ardıcıl 4 albomu "Croatia Top Dance Albums" çartında birinci yeri tutan ilk musiqiçidir[1].Mündəricat
1 İlk illəri
2 Karyerası
2.1 Lerprikon 09 (2009)
2.2 Broken Source (2010)
2.3 Club Tracks EP (2011)
2.4 Circumlocution (2012)
3 Sinqllar
4 Albomlar
5 Mükafatlar
6 İstinadlar
7 Mənbə


İlk illəri

Craig Ryan 1993-cü ildə Amerika Birləşmiş Ştatlarında anadan olub. Milliyətcə yarı yəhudi, yarı azərbaycanlıdır.

11 yaşında musiqi ilə məşğul olmağa başlayır. Bundan sonrakı illərdə o tez-tez valideynləri ilə birlikdə Zaqreb şəhərində olur. 2006-cı ildə ailəsi ilə birlikdə həmişəlik Xorvatiya dövlətinə köçür. 2008-ci ildə 4 aylıq Moskva şəhərinə köçür və burada "Azbuka PRO" leyblində səs rejissoru vəzifəsində işləməyə başlayır. Elə həmin 4 ay ərzində Craig Ryan Moskva şəhərində bir neçə trek yazdırır və Xorvatiyaya qayıtdıqdan sonra didjey kimi çalışmağa başlayır. Qısa zaman ərzində o Xorvatiyanın E-Jay Studio Records leybli ilə 3 illik müqavilə imzalayır və dj karyerasına başlayır. Craig Ryan bundan sonra "DJ Sinedd" ləqəbini götürür. 2008-ci ildə Craig Ryan ABŞ vətəndaşlığı ilə paralel olaraq Xorvatiya vətəndaşlığı qazanır.

Karyerası

Lerprikon 09 (2009)

E-Jay Studio Records ilə müqavilə imzalayan Dj Sinedd debüt albomu üzərində çalışır və 2009-cu ilin noyabr ayında Leprikon proj.09 adlı ilk albomunu buraxır. Albomun mahnıları və remiksləri Rusiyanın 1 nömrəli radiostansiyalarında rotasiyaya qəbul olunur. Albomun promo aksiyaları zamanı Dj Sinedd Türkiyə, Yunanıstan, Kipr, Xorvatiya və digər ölkələrdə çıxış edir. Albom bir çox MDB ölkələrində çartlarda yaxşı yerlər tutdu. 2010-cu ildə Dj Sinedd bu albomuna görə Croatia National Music Awards mükafatına "Best New Album" və "Best Club Album" nominasiyaları üzrə, Porin Music Awards mükafatına isə "Best Newcomer Album" nominasiyasında aday olmuşdu. 2012-ci ilə qədər bu albom 98000 nüsxə ilə satılıb.

Broken Source (2010)

Broken Source 2010

2010-cu ildə isə o Qazaxıstanın məşhur reperi Stauker aka STORM ilə bir neçə trek yazdırır. Daha sonra azərbaycanlı müğənni Rəşid Əliyevin mahnılarını remiks edir. Bundan sonra mart ayında Dj Sinedd öz saytında yeni albom üzərində çalışdığını bildirib. Broken Source adlı yeni albomun relizi 10 oktyabr 2010 tarixində baş tutdu. Albom Litvada qızıl, Xorvatiya, Polşa, Slovakiya, Ukrayna və Qazaxıstanda "gümüş statusuna" malikdir. Avropa üzrə satılmış nüsxələrin sayı 45 mindən artıqdır[2]. 2011-ci il, 16 avqust tarixində isə "Riga Music Awards" mərasimində Dj Sineddin albomu Broken Source "Best Selling İnternational Album" nominasiyası üzrə qalib gəlmişdi. 2012-ci ilə qədər albomun 72000 nüsxəsi satılmışdır.

Club Tracks EP (2011)

Club Tracks EP (volume 1) albomu 2011-ci il 15 may tarixində baş tutdu. Dj Sineddin sayca 3-cü albomuna həmin zamana qədər yazdırdığı 6 klub treki daxil olub. Albom yalnız Qərbi Avropa və bəzi Asiya ölkələrində satılır. Albomun relizi günündə Dj Sinedd Zaqreb şəhərində möhtəşəm bir konsert verdi və bununla Hybrid Story World Tour adlı Avropa turnesinə başladı. Turne zamanı Dj Sinedd 12 avropa ölkəsinin 29 şəhərində 64 konsert vermişdi və bu turneyə görə sayca 3-cü "Croatia National Music Award" mükafatını qazanmışdır. Turne 14 may 2011 - 19 may 2012 tarixləri arasında keçirilmişdi. Bu günə qədər albomun 11000 nüsxəsi satılıb.

Circumlocution (2012)

Circumlocution 2012

2011-ci ildə Dj Sinedd bildirmişdi ki, növbəti ildə sayca 4-cü albomunu yazmağı düşünür. 2012-ci ilin may ayında albomun adı və reliz tarixi barədə məlumatlar yayılmağa başladı. Circumlocution adlı albomun rəsmi relizi 26 iyul 2012 tarixində baş tutdu. Alboma 12 mahnı daxildir. Circumlocution-ın Xorvatiyada relizi çox uğurlu alındı, beləki "Xorvatiyanın ən çox satılan albomları" çartında albom 7-ci pillədən, Dance-pop albomlarının çartında isə 1-ci yerdən debüt etdi və Dj Sineddin Xorvatiya çartlarında ən uğurlu relizini müəyyənləşdiridi. Bundan başqa albom Rusiya və Ukraynada da uğur qazandı. Ümumilikdə albom 14000 nüsxə ilə satılıb və bununla da Dj Sineddin bundan əvvəlki Club Tracks EP albomunu geridə qoyub.

Sinqllar
Put The Sound (2010)
İn The Shadows (2012)

Albomlar
Leprikon 09 (2009)
Broken Source (2010)
Club Tracks EP (volume 1) (2011)
Circumlocution (2012)


Tarix: 24.01.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 320 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...