Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namiq Qaraçuxurlu

Namiq Qaraçuxurlu (d.8 noyabr, 1978. Bakı) - Azərbaycanlı meyxanaçı, müğənni.

Həyatı

Namiq Qaraçuxurlu 8 noyabr 1978-də Qaraçuxur qəsəbəsində anadan olmuş, elə həmən qəsəbədə 104 nömrəli orta məktəbi bitirmişdir.

İlk meyxanasını 1993-cü ildə deyən meyxanaçı sonralar müəyyən səbəblərdən bir neçə il sənətinə fasilə vermişdir.

1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub, laureat olmuşdur. Fəaliyyəti ilə o gündən mütəmadi məşğul olan meyxanaçının 1999-cu ildə ilk kaseti işıq üzü görüb.

2001-ci ildə "And içmişdik" adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan "Rəvayət" klipi çəkilib. Klipinin təqdimatı bir vaxtlar meyxanaçının laureat olduğu Şəhriyar adına mədəniyyət sarayında konsert şəklində keçirilmişdir. Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7400 nəfərlik tamaşaçı tutumu olan "Şəfa" stadionunda solo konsert vermişdir. Mütəmadil olaraq Hollandiya, Almaniya, İranda və Rusiyanın bir çox şəhərlərində və o cümlədən paytaxt Moskvada konsert vermişdir.

Uzun müddət Aygün Kazımova ilə duet oxumuşdur.


Tarix: 22.01.2013 / 19:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 211 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...