Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diana Hacıyeva

Diana Hacıyeva - azərbaycanlı caz musiqiçisi, müğənni, Bəri bax kollektivinin solisti.Mündəricat
1 İlk illəri
2 2011 Avroviziya Mahnı Müsabiqəsi
3 Şəxsi həyatı
4 İfa etdiyi mahnılar
5 Həmçinin bax
6 Mənbə


İlk illəri

Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olub. Fortepiano dərsləri alıb və caz musiqisi ilə maraqlanıb. Bəri bax musiqi kollektivində çalışır. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirib. Bundan sonra Bakı Musiqi Akademiyasına daxil olur. "Xor dirijorluğu" peşəsinə yiyələnir. Bu illər ərzində caz ilə professional şəkildə məşğul olmağa başlayıb. Hazırda Bakı Caz Mərkəzində çalışır. Burada Elnur Hüseynov və digərləri ilə birlikdə çalışır.

2011 Avroviziya Mahnı Müsabiqəsi

2010-cu ildə Diana Hacıyeva 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılır. Təsnifatı keçən Diana 77 iştirakçının yer aldığı yarımfinallarda 6-cı yarimfinalda yer alır. 20-24 dekabr arasında çıxış edən Diana Hacıyeva sonda 7 xal topladı və qrupda 4-üncü yeri tutdu. Onun 23 dekabr tarixli çıxışı zamanı səhnəyə gözlənilmədən Azərbaycanın 2008 Avroviziya Mahnı Müsabiqəsində ilk təmsilçisi Elnur Hüseynov çıxdı və seçmə mərhələdə Diananı dəstəklədiyini bildirdi. 2011-ci ildə Diana Hacıyevanın Find Yourself adlı debüt klipi çəkilir.

Şəxsi həyatı

Diana Hacıyeva evlidir. 2009-cu ildə ailə həyatı qurub. Uşağı yoxdur.

İfa etdiyi mahnılar
Find Yourself Official Video (2011)
Romeo (ft Elnur Hüseynov) (2010)
Gəl sevgilim (2010)
You are in my mind (2010)


Tarix: 24.01.2013 / 19:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 290 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...