Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adil Baxışlı

Adil Baxışlı – azərbaycanlı müğənni, Next qrupunun keçmiş solisti.Mündəricat
1 Tarixçə
1.1 "Next" qrupunda
1.2 Solo karyera
2 Mahnılar
3 Xarici keçidlər
4 Mənbə


Tarixçə

"Next" qrupunda

Adil Baxışlı Bakı şəhərində anadan olub. Uşaqlıq yaşlarından musiqi ilə məşğul olub. Daha sonra gitara dərsləri alıb. 2009-cu ildə "Creative Holding" tərəfindən yeni yaradılmış Next qrupunun üzvü olur. Elə həmin il qrupun Nazpəri Dostəliyeva ilə "Getdi Yar" adlı mahnısı işıq üzü görür. Bu mahnıya klip çəkilir, qrup Gürcüstana konsert proqramı ilə yollanır. 2010-cu ildə Adil sağlamlığında problemlərlə əlaqədar Türkiyəyə yollanır. Müalicə aldıqdan sonra Azərbaycana qayıdır və qrupu tərk etdiyini bildirir. Tezliklə onun ilk solo mahnıları "Eşq oyunu", "Bəlkə" adlı mahnılarını yazdırır.

Solo karyera

2010-cu ilin yayında solo karyerasına yenicə başlamış Adil "Eşq oyunu", "Bəlkə" adlı mahnılarını buraxır. Bundan sonra o 2011-ci il "Avroviziya mahnı müsabiqəsi" -nin seçim turuna qatılır və birinci seçmə qrupda ikinci yeri tutur. Bu hadisə zamanı onun keçmiş qrupu NEXT üzvləri buna etiraz olaraq səhnəni tərk edirlər. 2011-ci ilin fevral ayında 2011 Avroviziya Mahnı Müsabiqəsinin milli finalında Adil finalçılardan biri Aynişan Quliyeva ilə birlikdə mahnı ifa edir.

Mahnılar
Getdi Yar (2009)
Bəlkə (2010)
Eşq Oyunu (2010)


Tarix: 23.01.2013 / 21:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 223 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...