Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nurlan Növrəsli

Həyatı

Nurlan Növrəsli - 1984-cü ildə Bakı şəhərində anadan olub.

1991-2002-ci illərdə Bül-Bül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb.

2006-cı ildə Bakı Musiqi Akademiyasının "solo oxuma" fakültəsini, professor Elmira Quliyevanin sinfini bitirib.

Musiqi məktəbləri arasında keçirilən VII-ci Respublika musabiqəsinin laureatıdır.

SPACE telekanalının təqdim etdiyi Azəri Star 2004 musiqi-televiziya müsabiqəsinin finalçısı.

2006-cı ildə Qazaxıstanda keçirilən "CAHAN DALA" IX Populyar musiqi və mahnı müsabiqəsinin laureatı, I yerin qalibi.

İlk klipini "Sən ki" adlı mahnısına 2006-cı ildə çəkdirdi. Mahnının musiqisi qardaşı Şahin Növrəsliyə, sözləri Ziya Fazilə aiddir. Klipin rejissoru Samir Fərzəlibəyovdur. Nurlan istedadlı müğənni olmasıyla bərabər o həm də gözəl kaman ,skripka ustasıdır.


Tarix: 22.01.2013 / 19:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 210 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...