Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mübariz Tağıyev

Mübariz Tağıyev (d.31 yanvar 1946, İrəvan) - Müğənni, Aktyor, Filmlərdə mahnı ifa edən, Filmlərdə və verilişlərdə iştirak edən, Xalq artisti.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 İstinadlar


Həyatı

Mübariz Tağıyev 31 yanvar 1946-ci ildə İrəvan şəhərində anadan olub.

İrəvan şəhərində Axundov adına 9 saylı orta məktəbdə oxuyub. Peşəkar idmançı olaraq üzgüçülüklə məşğul olub.

Ermənistan Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. Atası musiqiçi (kamança), anası isə “Sovet Ermənistanı” qəzetində jurnalist işləyib.

Mübariz Tağıyev Xalq artistidir.

Xalq artisti Mübariz Tağıyev iki dəfə ailəli olub. İkinci evlilikdən M.Tağıyevin iki qızı var. M. Tağıyevin ikinci dəfə ailə qurduğu xanım rəqs müəlliməsidir.[1]

Filmoqrafiya
Cin mikrorayonda (film, 1985)
Bircəciyim (film, 1986)
Yay gününün xəzan yarpaqları (film, 1986)
Bəxt üzüyü (film, 1991)
Kədərimiz... vüqarımız... (film, 1998)
Çətin yol (film, 2006)
El içində (veriliş, 2007)
Sirr (serial, 2012)


Tarix: 21.01.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 250 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...