Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günlərin birində

Günlərin birində Mollanın evinə tanımadıüı bir qonaq gəlir. Bir az
o yandan-bu yandan söhbət eliyəndən sonra Molla başa düşür ki, qonaq
acdır. Ortalıüa süfrə salır, çörək qoyur, gedir xörək gətirməyə.
Molla xörəyi gətirincə qonaq çörəyi ötürür bala xəndəyə.
Molla gəlib görür ki, süfrədə bir həsir qalıb, bir Məmmədnəsir.
Çörəkdən-zaddan əsər yoxdu. Bir söz deməyib, xörəyi qoyur süfrəyə,
gedir çörək gətirməyə. Qayıdıb görür ki, indi də qonaq xörəyin dalından
dəyib. Yenə Molla bir söz deməyib, əlindəki çörəyi süfrəyə qoyur,
gedir xörək gətirməyə. Gəlib görür ki, çörək qurtarıb. Gedir çörək
üçün, gəlib görür xörək yoxdur. Qərəz, bu gecə yazıq Molla mətbəxlə
qonağın arasında bir cüt başmaq dağıdır, xörəklə çörəyi bir yerdə görə
bilmir. Axırda bir təhərlə süfrəni yıüışdırır. Gecə yatanda qonaqdan
soruşur:
– Qonaq qardaş, səfərin haradır?
Qonaq deyir:
– Molla, mən əvvəlləri çox yaxşı yeyərdim. İndi bir-iki aydır ki,
iştaham kəsilib. Eşitmişəm şəhərdə həkim var, gedirəm onun yanına.
Sizin kənd çox xoşuma gəldi. Fikrim var qayıdanbaş bir-iki ay sənə
qonaq olam.
Molla qonağın sözünü eşitcək tez deyir:
– Elə mənim də səndən yaman xoşum gəlir. Çox istərdim ki, qayıdanbaş
bir-iki ay nədi ki, lap on-on beş ay bizdə qonaq qalasan. Ancaq
heyf ki, sabah gedirəm sizin kəndə. Bir-iki ildən sonra gələcəyəm.


Tarix: 01.06.2013 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 112 Bölmə: Azeri Letifeler
loading...