Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MƏN GƏLƏR OLMADIM, YOLU QARŞILA

Alın yazısında imza yeri boş –
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.

Dayan bir dəqiqə bir «yox» de mənə,
hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.

İndi bu qış ömrü sürüşmək gərək…
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 119 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...