Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mədinə Gülgün - Tənhalıq

Yenə yağış yağdı,ildirim çaxdı,

Coşdu dalğa-dalğa çağladı dəniz,

Sahili boş gördüm,elə darıxdı

Tənhalıq dərdindən ağladı dəniz.



Tutuldu səmatək,dəyişdi rəngi,

Bir anda dənizin saçı ağardı.

Ləpələr əl açıb bir körpə təki

Elə bil arxadan bizi çağırdi.



Səslər qayalara dəydi,töküldü,

Dəniz hönkür-hönkür ağladı inan.

Qulağıma sınıq bir səda gəldi.

Məni tənha qoyub getmə,ey insan……….


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...