Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

H ə s ə n C a l a l

H ə s ə n C a l a l – XII əsrdə Qarabağın dağlıq hissəsində xristian albanların Xaçın knyazının adı. Ermənicə epiqrafik abidədə Hasan Calal kimi yazılmışdır. Bu adın Cəlal hissəsi orta əsrlərdə geniş yayılmış ərəbcə Calal- üd Dövlə titulunun qısaldılmış formasıdır. Prof. Q. Qeybullayev qeyd edir ki, "hakimin əsl adı isə Əsəndir, lakin ermənicə adın əvvəlinə h səsi əlavə olunmuş və ə səsi olmadığına görə Hasan kimi yazılmışdır. Tarixçilərimiz isə bu kişinin adını indiyədək ermənicədən ruscaya Qasan, Xasan, ruscadan azərbaycancaya Həsən kimi çevirib yazırlar. Beləliklə, türkmənşəli Əsən şəxs adı (türkcə əsən – sağlam, gümrah sözündən) ərəb mənşəli Həsən adı ilə eyniləşdirilmişdir, halbuki albanların xristian hissəsinin hakiminin, ərəblərin və islamın qatı əleyhdarının adı ərəbcə ola bilməzdi. Lakin Hambarsumyan kimi tələffüz edilən və yazılan adı erməilər heç də rusca Xambarsumyan, yaxud Qambarsumyan yox, Ambarsumyan yazırlar və düz də edirlər."[5] Əsən Calalın babasının adı da Əsən olmuşdur və ermənicə o da Hasan yazılır. Gəncəsər monastırında (1216 – 1238-ci ildə tikilmişdir) 1240 – cı ilə aid kitabədə Əsən Calalın Vaxtanqın oğlu, böyük Hasanın nəvəsi Hasan Calal adlanmasından görünür ki, onun babası da Əsən adlanmışdır. Aydındır ki, həmin Əsən də ərəbcə Həsən adından ola bilməzdi. Deməli, qədim ermənicə yazılışda şəxs adlarının və toponimlərin əvvəlinə h səsi artırılma olduğu nəzərə alınmalıdır. Erməni mənbələrində indiki Aterk – Haterk, Aran-Daş – Hrandaş, Aran – Hran və s. kimi yazılmışdır. Əsən sözü şəxs adlarında alban Sanesan şəxs adında öz əksini tapmışdır. Antik müəllif Dion Kassiy Şimali Qafqazda Azık (Yazıq) tayfasının başçısının adını Zantik kimi yazmışdır. Yazıqları iranmənşəli tayfa hesab edən tədqiqatçılar Zantik şəxs adı üstündə çox çalışmış, lakin onu İran dilləri vasitəsilə izah edə bilməmişlər. Halbuki bu şəxs adı türkcə əsən, əzən – sağlam, gümrah sözü və -tık (-lık) şəkilçisindən ibarətdir. Lakin antik müəllif adın başında duran e və ya ə səsini yazmamış, yaxud onu məlumatçısının tələffüz etdiyi kimi qeyd etmişdir. Əsən Calalın adı erkən orta əsrlərdə uyğurlarda Asan, Asan-tiqin [47], XIII əsrdə monqollarda Esen-Buqa, Esen- Teymur, Əsən, – Tuqay və b., XIV əsrdə Bulqar xanı Asan adı ilə müqayisə olunur.

S u m b a t – Sunbat adının (danışıqda n-m əvəzlənməsinə görə) fonetik formasıdır. IX əsrdə Babəki tutub ərəb sərkərdəsi Afşinə təslim edən Sisakan çarı Səhl ibn Sunbatın adı ilə müqayisə olunur. Türkcə sun – gözətçi, keşikçi və bat – mətin sözlərindəndir.


Tarix: 16.01.2015 / 19:28 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...