beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi mənbələrdə 1384-cü ildən 1396-cı ilin payız mövsümünədək — Seyid Əli Orlatın adının ilk dəfə

Əmir Teymurun İran yürüşlərinə başlaması və bir məktubunda 1384-cü il hadisələrindən bəhs edərkən "Şəki əmiri" ifadəsini işlətməsi
XIV əsrin 70-ci illərində Orta Asiyada – Cağatay ulusunun qərb hissəsində, hakimiyyəti ələ keçirən Əmir Teymur, ömrünün sonuna qədər yalnız baş əmir olsa da, əslində, tarix səhnəsində yeni bir imperiyanın bünövrəsini qoymuş oldu. O, 1384-cı ildə ilk İran yürüşünü edir və Zəncana qədər irəliləyir[1]. Lakin tezliklə geri dönür və bir ildən sonra ikinci İran yürüşünə başlayır. Onun təxminən 1386-cı ilin 2-ci yarısında Mazandaran hakimi Seyid Əli Kiyaya göndərdiyi məktubunun əvvəlində hər iki yürüşün bəzi təfərrüatı xatırlanır və buna əsasən də məlum olur ki Əmir Teymur ikinci İran yürüşünə 1385-ci ildə başlamamışdan öncə, həmin istiqamətdəki, o cümlədən Cənubi Qafqazdakı hakimlərlə əlaqə yaratmış, onları tərəfdaşlığa dəvət etmiş, əvəzində isə, bir çoxundan, o cümlədən hansısa "Şəki əmiri"ndən, yaxud "Şəki əmirləri"ndən rədd cavabı almışdır. Heç şübhəsiz ki bu Əmir Teymurun 1384-cü ildəki birinci İran yürüşü zamanı baş vermişdi. Məktubda adları sadalanan, Əmir Teymura qarşı şərti koalisiya yaratmış yerli hakimlərin idarəçiliyindəki ərazilərin nəyə görə 1384-cü il yürüşündən kənarda qaldığının və nəyə görə Əmir Teymurun o vaxt Zəncandan irəliyə gedə bilmədiyinin səbəbi isə həmin sənəd əsasında aydınlaşır: Əmir Teymurun 1-ci İran yürüşü zamanı da Kiçik Lor hakimi Məlik İzzəddin, Cəlair padşahı Sultan Əhməd (1382–1393; 1405–1412), "Kürdüstan məlikləri", Gürcü çarı V Baqtrat (1360–1393), Şirvanşah İbrahim (1382–1417) və Şəki hökmdarı (yaxud: əmir(lər)i) Əmir Teymura qarşı birgə mübarizə apara bilərdilər. Bəli, sonralar Əmir Teymur öz xatirələrində etiraf edir ki:

"Bu zaman ağlıma belə bir fikir gəldi ki, əgər həmin məmləkətlərin padşahları ittifaq bağlayaraq mənə qarşı birləşsələr necə olacaq? Özüm belə qərara gəldim ki, həmin məmləkətlərin padşahlarını ayrı-ayrılıqda tabe etmək, itaətə gəlməyənləri isə cəzalandırmaq lazımdır.

Lakin müttəfiqlərə qarşı Qızıl Orda xanı Toxtamışın (1380-1396) timsalında ikinci bir fövqəldüşmənin də peyda olması ilə bu "koalisiya" dağıldı. Onların ərazilərinin isə Əmir Teymur tərəfindən tezliklə və asanlıqla işğal edilməsi üçün şərait yarandı.


Tarix: 13.01.2015 / 13:51 Müəllif: Feriska Baxılıb: 19 Bölmə: Azərbaycan xanlıqları