Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Z o b e r

Z o b e r – Er. əv. I əsrdə, Alban çarının adı. Yunan və latın dillərində ç, c, ş səsləri olmadığına görə, güman ki, adın başlanğıcındankı z səsi əslində ç yaxud ş səsini ifadə edir. Lakin bu səs köklü s da ola bilər. Bir sıra türk dillərində çəpər (lakin xakasca sibət, başqırdca səbər, monqolca tsəbər, buryat-monqolca səbər) təmiz, gözəl qayda-qanunu sevən, intizamlı, ehtiyatlı, vicdanlı, nəcib, düz sözündəndir. Türk dillərində çəbər, çəvər, şəvər formalarında olan bu söz çoxmənalıdır. Məsələn, qırğızca çəbər – mahir, mərhəmətli, cəld, diribaş, zirək, çevik, fəndgir, qazaxca şəbər – usta‖, uyğurca çəvər – mahir, başqırdca sibər – qanışirin, suyuşirin, məlahətli, cazibəli, xakasca səbər – səliqəli, türkməncə çəpər – gözəl və s. mənalarındadır. Er. əv. V əsrdə sak çarı Sabar, hun Kuturqur tayfasının xanı (559-cu il) Zaberxan, VII əsrin ikinci yarısında Şərqi Türk xaqanlığında Şibir xaqan, VIII əsrdə türk bolqarların çarı Sabar, IX əsrdə Arsakda hakim Savar şəxs adları ilə eynidir.


Tarix: 16.01.2015 / 18:33 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...